AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Yer kürəsinə yaxın ulduz ətrafında həyat üçün münbit şəraitə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib

06.02.2023 /

Müasir astronomik alətlər Yer kürəsi ölçüsündə olan ekzoplanetlərin kütləvi şəkildə kəşf edilməsi üçün yetəri qədər həssaslığa sahib deyillər. Buna görə də kəşf edilmiş 5200 ədəd ekzoplanet arasında Yer kürəsinə bənzəyən planetlərin sayı 1.5%-dən azdır Potensial olaraq həyat növünün yarana biləcəyi planetlərin sayı isə qat-qat azdır. Buna görə də həyat üçün münbit şəraitə sahib ola biləcək və Yer kürəsinə oxşar planetlərin kəşf edilməsi çox qiymətlidir. Bir neçə müddət bundan öncə isə alimlər bu cür yeni ekzoplanet kəşf ediblər. Belə ki, alimlər planetimizdən 31 işıq ili uzaqlığında yerləşən Wolf 1069 adlı qırmızı cırtdan (parlaqlığı Günəşin parlaqlığından daha aşağı səviyyədə olan ulduz növü) ətrafında Yer kürəsinə bənzəyən planetin mövcudluğunu sübut edən məlumatlar əldə ediblər. Planet tranzit üsulu vasitəsilə aşkar edilib.

Belə ki, planet öz orbiti üzrə hərəkət zamanı ulduzunun diski qarşısından keçən zaman ulduzun parlaqlıq səviyyəsi aşağı düşür. Bununla da ulduz sistemində böyük ölçülü kosmik obyektin olduğu təyin edilir. Alimlər kəşf edilmiş yeni ekzoplanetə Wolf 1069b adını veriblər. Sözügedən planetin kütləsi Yer kürəsinin kütləsindən 1.26 dəfə böyükdür. Məlumatda qeyd edilib ki, Wolf 1069 ulduzunun parlaqlıq səviyyəsi hər 15.6 sutkadan bir aşağı düşür. Bu isə o deməkdir ki, Wolf 1069b onun ətrafında tam dövrü məhz 15.6 sutkaya reallaşdırır. Burdan da alimlər belə qənaətə gəliblər ki, yeni ekzoplanet öz ulduzu ətrafında yaşayış zonası (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) üzrə hərəkət edir.

Alimlərin hesablamalarına əsasən Wolf 1069b öz ulduzundan Yer kürəsinin Günəşdən aldığı enerjidən 35% daha az enerji alır. Bununla yanaşı məlumatlar onu göstərirlər ki, ekzoplanetin bir tərəfi daimi şəkildə öz ulduzuna tərəf istiqamətlənib. Hətta bu halda da planetin işıqlı tərəfində temperatur göstəricisi -23 dərəcə Selsi təşkil edir. Lakin əgər bu ekzoplanet atmosferə sahibdirsə, parnik effekti hesabına onun temperaturu 13 dərəcə Selsi göstəriciyə çata bilər. Bu isə öz növbəsində ekzoplanetin daimi şəkildə Wolf 1069 ulduzuna tərəf istiqamətləndmiş hissəsində suyun maye şəklində mövcud olmasına şərait yarada bilər. Bu isə o deməkdir ki, Wolf 1069b potensial olaraq müəyyən həyat növünün yaranması üçün münbit şəraitə sahib ola bilər.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap