AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

06.02.2023 /

Kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəşin səthində 5 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 79-dur. Son 3 sutka ərzində 20 CME (Coronal Mass Ejections – Tac Maddə Atılmaları) qeydə alınıb.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, onlardan 3-ü çox böyük miqyasa malik olub. 5 fevral saat 14:51-də 3211 oblastında baş vermiş C6 sinifli alışma ilə bağlı CME istiqamətinin Yerə yönələcəyi gözlənilmir. Ümumilikdə hesabat dövründə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və aşağı səviyyədə, 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində qalıb.

Hesabat dövründə Günəş küləyi parametrləri normal səviyyədə olub. Günəş küləyinin sürəti 397.8 km/san olub. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi Yer orbitində zəif 11.25 nT, radial istiqamətdə  isə -10.97 nT olub.

Geomaqnit sahə, son sutka ərzində ümumən sakit olub (Kp=2).

Kosmik hava proqnozu – Proqnoz günlərində (06 - 08 fevral) Günəş fəallığının aşağı səviyyədə olacağı gözlənilir. C sinif alışmanın baş verməsi ehtimalı 75%, M sinif 10%, X sinif isə 1% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə orta və ya aşağı səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin fon səviyyəsində qalacağı gözlənilir. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 1% təşkil edir.

Proqnoz dövründə mənfi qütblü Tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsiri Günəş küləyinin sürətinin artmasına səbəb olacaq.

Proqnoz dövründə geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Fevralın 7-də maqnit sahəsinin bir qədər (4 Kp) aktivləşəcəyi proqnozlaşdırılır. G1 və daha yüksək səviyyəli geomaqnit qasırğasının yaranması gözlənilmir.

Radiosiqnaların ötürülməsində də  R1-R2 səviyyəli  kəsilmə olması ehtimalı 10%, R3 səviyyəli kəsilmə olması ehtimalı isə 1% təşkil edir.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap