AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

ChatGPT-nin rəqibi?: Google Bard adlı süni zəka əsaslı çat-botunu təqdim edib

07.02.2023 /

Google şirkəti özünün Bard adlı süni zəka əsaslı çat-botunu təqdim edib. Gözləntilərə əsasən sözügedən çat-bot OpenAI şirkəti tərəfindən yaradılmış ChatGPT çat-botunun birbaşa rəqibi olacaq. Google şirkətinin Bard adlı çat-botu yaxın zamanda məhdud sayda istifadəçi üçün istifadəyə veriləcək və bir neçə həftədən sonra bütün istifadəçilər üçün aktiv olacaq. Məlumatda qeyd edilib ki, Bard çat-botunun əsasını Google şirkətinin LaMDA (Language Model for Dialogue Application) adlı dil modeli təşkil edir. Google bildirib ki, bu çat-botdan ilk öncə qapalı beta testin iştirakçıları faydalana biləcəklər. Növbəti həftələr ərzində isə o, bütün istifadəçilər üçün istifadəyə veriləcək.

“Biz, LaMDA əsasında danışıq xarakterli təcrübi süni zəka servisi üzərində çalışırıq. Onun adı Bard-dır. Bugün biz onu yaxın həftələrdə bütün istifadəçilər üçün aktiv etməzdən öncə məhdud sayda istifadəçi arasında istifadəyə verməklə növbəti addımı atmış oluruq” - deyə Google qeyd edib. Məlumatda qeyd edilib ki, test çərçivəsində Bard çat-botu LaMDA-nın sadələşdirilmiş versiyasının əsasında çalışacaq. LaMDA-nın sadələşdirilmiş versiyası isə daha az hesablama gücünü tələb edir. Bunun sayəsində şirkət daha çox istifadəçi üçün miqyası böyüdə və istifadəçilərdən daha çox geridönüş əldə edə biləcək. Hələ keçən həftə məlumat ortaya çıxmışdı ki, Google şirkət daxilində süni zəka əsaslı bir sıra çat-botu test etməyə başlayıb. Bununla yanaşı Google çat-botlardan bəzilərini müxtəlif məhsullarına və eləcə də axtarış sisteminə inteqrasiya etməyi planlaşdırır.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap