AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri üzrə 2-ci beynəlxalq konfrans keçiriləcəkdir

08.02.2023 /

24-26 may 2023-cü il tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 2-ci beynəlxalq konfrans (PLMO 2023) hibrid formada keçiriləcək.

 

Konfransın təşkilatçıları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, Sileziya Texnologiya Universiteti (Polşa), Daşkənd Dövlət Nəqliyyat Universiteti və Gürcüstan Texniki Universitetidir.

 

Tədbirdə Polşa, İtaliya, Gürcüstan, Almaniya, Ukrayna, Rumıniya, Litva, Bolqarıstan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin aparıcı alimlərinin iştirakı gözlənilir.

 

Şərq-Qərb nəqliyyat dəhlizi keçmiş İpək Yolunun ayrılmaz hissəsi olub, regional iqtisadi əməkdaşlıq üçün yeni mexanizmlərin inkişafını tələb edən təşəbbüsdür. Üzv ölkələr arasında iqtisadi inkişafı, mədəni mübadiləni və kommunikasiyanı gücləndirir. “Bir kəmər - bir yol” konsepsiyasının ayrılmaz hissəsi olan Şərq - Qərb Dəhlizi ticarət yollarını, nəqliyyat və iqtisadi dəhlizlərini təkmilləşdirmək və yeni ticarət yolları yaratmaq məqsədi daşıyır. Şərq - Qərb Nəqliyyat Dəhlizi eyni zamanda, Avropa ilə Çini birləşdirən ən qısa ticarət yolu hesab olunur.



Konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirib Şərq - Qərb Nəqliyyat Dəhlizi ilə yüklərin  daşınması üçün təchizat zəncirində olan elmi və praktiki problemləri müzakirə etməkdir.

 

Konfransda istifadə olunacaq dillər: azərbaycan, ingilis, və rus.

 

Qəbul edilmiş məqalələr konfrans materiallarında dərc olunacaqdır.

 

Ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

 2ndPLMO Invitation Letter eng.docx

http://conf.cyber.az  

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap