AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Horizon Avropa” Proqramı üzrə layihə təkliflərinin yazılmasına dair üçgünlük təlim keçirilib

09.02.2023 /

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Avropa Komissiyasının “Horizon Avropa” Proqramı üzrə layihə təkliflərinin yazılmasına dair üçgünlük təlim keçirilib.

Düşərgə Avropa Komissiyası (AK) və AMEA tərəfindən Azərbaycan tədqiqatçılarının, dövlət və özəl sektorlardan olan mütəxəssislərin “Horizon Avropa” Proqramında uğurlu iştirakının təmin edilməsi məqsədilə təşkil edilib. Təlimlər Avropa İttifaqı tərəfindən dəstəklənir və Avstriyadan olan ekspert Qorazd Veis (Gorazd Weiss) və italiyalı eksert Bruno Mourenza (Bruno Mourenza) tərəfindən aparılıb. Həmçinin “Zoom” platforması üzərindən AK-dan olan digər mütəxəssislər onlayn formatda qoşularaq fikir mübadiləsində iştirak ediblər.

Təlimdə dövlət və özəl sektorlardan olan 250-dən çox müraciətçi arasından seçilmiş 30 mütəxəssis iştirak edib. İştirakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Nüvə Təbabət Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi, Ədəbiyyat, Fəlsəfə və Sosiologiya, Tarix institutları, Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar, Molekulyar Biologiya və Biotexnologiyalar, Fizika, İqtisadiyyat, Geologiya və Geofizika, Neft və Qaz, Radiasiya Problemləri institutları, ADA Universiteti, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və Mingəçevir Dövlət Universitetinin əməkdaşlarıdır.

Tədbirdə giriş sözü ilə çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva 6-10 fevral 2023-cü il tarixlərində Azərbaycanda Horizon həftəsinin keçirildiyini və bu müddətdə bir sıra tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb. O, bu tədbirlərdən biri olan hazırkı təlimin “Horizon Avropa” Proqramı haqqında daha dolğun məlumat əldə etməyə geniş imkanlar açdığını diqqətə çatdırıb. Şöbə müdiri ölkəmizin elmi potensialının dünyada tanıdılmasına şərait yaradan “Horizon Avropa” Proqramı kimi nüfuzlu layihələrdə alimlərimizi yaxından iştirak etməyə dəvət edib.

E.Əlirzayeva, həmçinin təlim çərçivəsində nəzərdə tutulan fəaliyyətlər, iştirakçılardan gözləntilər, Azərbaycan üçün tədqim olunan imkanlar haqqında ətraflı məlumat verib.

Təlimlərdə “Horizon Avropa” Proqramının 2023-2024-cü illər üçün iş proqramı, çağırışların müəyyənləşdirilməsi, layihə təkliflərinin yazılma qaydası, qiymətləndirmə kriteriyaları barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb, nəzəri və praktik dərslər keçirilib, uğurlu təcrübə təqdim edilib.

Daha sonra müəyyən edilmiş mövzular üzrə qrup işləri icra edilib.

Sonda təlimdə iştirak etmiş 30 nəfərə sertifikatlar verilib.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap