AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Horizon Avropa” proqramı üzrə Milli Əlaqələndirici Şəxslər üçün təlim keçirilib

10.02.2023 /

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Avropa Komissiyasının “Horizon Avropa” proqramı üzrə Milli Əlaqələndirici Şəxslər üçün təlim keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva son illər Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi (MƏŞŞ) üzvlərinin fəaliyyəti nəticəsində Azərbaycanın alim və mütəxəssislərinin “Horizon” proqramlarına marağın artdığını qeyd edib. O, 6-10 fevral 2023-cü il tarixlərində Azərbaycanda Horizon həftəsinin keçirildiyini və bugünkü təlimin bu həftə çərçivəsində nəzərdə tutulan tədbirlərdən biri olduğunu diqqətə çatdırıb.

Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Energetika Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Nazirlik nəzdində Təhsildə Keyfiyyət Təminatı Agentliyi, İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti Bölməsi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan 25 mütəxəssisdən təşkil edilib. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev MƏŞŞ-in koordinatorudur.

Avropa İttifaqı tərəfindən dəstəklənən təlim Avstriyadan olan ekspert Qorazd Veis (Gorazd Weiss) və italiyalı ekspert Bruno Mourenza (Bruno Mourenza) tərəfindən aparılıb.

Təlim “Çərçivə Proqramının təşviqi üçün Milli Əlaqələndirici Şəxslərin fəaliyyətlərinə dair praktiki məsləhətlər”, “Milli Əlaqələndirici Şəxslərin əsas funksiyaları: cari tədbirlər və imkanlar - Qrup işi”, eləcə də “Azərbaycanın maraqlı tərəfləri üçün “Horizon Avropa” proqramı çağırışlarının seçilməsi və bu barədə məlumatlandırmanın aparılması” bölmələri üzrə keçirilib.

“Maraqların toqquşması” mövzusunun müzakirəsi üçün Avropa Komissiyasının əməkdaşı Niccolo Querci Brüsseldən onlayn olaraq qoşulub.

İştirakçılar layihələrin hazırlanması üçün elmi yenilik, metod və yanaşmalar, iş bölgüsü, gözlənilən nəticələr və s. üzrə ətraflı məlumatlandırılıblar. Təlim iştirakçıları 3 işçi qrupu şəklində “Horizon Avropa” proqramının müxtəlif istiqamətlərini əhatə edən mövzular üzrə işlər icra ediblər.

Təlimdə Milli Əlaqələndirici Şəxslər çıxış edərək layihə və təkliflərini səsləndiriblər.

AK-nın ekspertləri 9 və 10 fevral tarixlərində 10-dan çox azərbaycanlı alim və mütəxəssislə fərdi görüşlər keçirin, onların layihə təkliflərinin “Horizon Avropa” proqramının tələblərinə uyğun hazırlanması üzrə məsləhətlər veriblər.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap