AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Sabahın alimləri” XII respublika müsabiqəsinin açılış mərasimi keçirilib

14.02.2023 /

Fevralın 13-də Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası və BP şirkətinin təşkilatçılığı ilə “Sabahın alimləri” XII respublika müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib.

Müsabiqənin rəsmi açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Elmi Ekspertiza Komitəsinin sədri, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov müsabiqənin statistik göstəriciləri ilə bağlı hesabat təqdim edib. O, 8 istiqamət üzrə qeydiyyatdan keçən, qəbul olunan və qiymətləndirilən layihələrdən, həmçinin həmin layihələrin şəhər və rayonlar üzrə göstəricilərindən bəhs edib. Qeyd edib ki, müsabiqə üzrə qeydiyyatdan keçən 486 layihədən 163-ü sərgidə iştirak etmək hüququ qazanıb. Rüfət Əzizov müsabiqədəki layihələrin şagirdlərin gələcək həyatında uğurlu iş fəaliyyətinin başlanğıcı olduğunu qeyd edib.

Elm və təhsil naziri Emin Əmrullayev müsabiqədə iştirak edən şagirdlərə uğurlar arzulayıb. O bildirib ki, son illər şagirdlər arasında mühəndislik, riyaziyyat, fizika və kompüter elmlərinə olan maraq daha da artmaqdadır. Emin Əmrullayev müsabiqə çərçivəsində STEAM yönümlü layihələrin üstünlük təşkil etdiyini və STEAM İnnovasiya Mərkəzinin yaradılmasının buna bariz nümunə olduğunu da vurğulayıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tədbirdə çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasında gənc alim və mütəxəssislərin inkişafı üçün zəruri tədbirlər həyata keçirilir, eyni zamanda, müsabiqənin genişləndirilməsi və nailiyyətlərin artmasında bu qurum daim yaxından iştirak edir.

BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli müsabiqə iştirakçılarını təbrik edib və onlara davamlı nailiyyətlər arzulayıb.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva gənc alimlər üçün təşkil olunan müsabiqənin onların gələcək həyatındakı müstəsna rolundan bəhs edib. O bildirib ki, bu prosesdə şagirdlərin məsuliyyətli olması önəmlidir.

Müsabiqənin açılış mərasimində iştirak edən qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, 3 gün ərzində müsabiqədə şagirdlərin əsasən 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək. Qaliblər arasından seçilən məktəblilər ABŞ-da keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.

Müsabiqənin keçirilməsində əsas məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkar etmək, şagirdlərdə tənqidi düşüncə, problemi həll etmə, vaxtın idarə edilməsi, natiqlik və ünsiyyət kimi müxtəlif bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələri genişləndirmək və həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdən ibarətdir.

Müsabiqə növbəti iki gün ərzində də öz işini davam etdirəcək.

AzərTac

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap