AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Çin şirkətləri aktiv şəkildə özlərinin ChatGPT analoqlarını yaratmağa başlayıblar

14.02.2023 /

Çində elektron kommersiya sahəsinin ən böyük şirkətlərindən biri olan JD.com süni zəka əsaslı ChatGPT çat-botunun alternativini yaratmağı planlaşdırır. Beləliklə JD.com son zamanlarda OpenAI şirkətinin böyük məşhurluq qazanmış ChatGPT çat-botu ilə rəqabət apara biləcək alternativ texnologiyaların yaradılmasını elan etmiş Çin şirkətlərinin siyahısına daxil olub. Məlumatda qeyd edilib ki, JD.com tərəfindən ChatGPT-nin hazırlanan alternativi ChatJD adlanacaq. Söhbət, pərakəndə satış və maliyyə ilə bağlı tapşırıqların öhdəsindən gələ biləcək çat-botdan gedir.

Bu cür çat-bot həm lazımi kontentləri tərtib edə həm də insanlarla dialoqu dəstəkləyə biləcək. JD.com şirkətinin verdiyi məlumata əsasən onun süni zəka əsaslı ChatJD adlı çat-botu ticarət platformalarında olan məhsulların təsvirlərini tərtib edə və maliyyə göstəricilərini analiz edən biləcək. Şirkət öz çat-botunu elektron kommersiya, logistika və ödənişlər sahəsində istifadə etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, OpenAI şirkətinin ChatGPT çat-botu eynilə insanların suallarına cavab verməklə yanaşı onların təqdim etdikləri mətn formatında qısa təsvirlər əsasında müxtəlif kontentlər tərtib edə bilir.

Microsoft öz növbəsində OpenAI şirkətinin və ümumilikdə ChatGPT layihəsinin ən böyük dəstəkçisidir. Keçən həftə şirkət ChatGPT-nin təməlində olan dil modeli əsasında çalışan funksiyaları əldə etmiş yeni Bing axtarış sistemini və Edge brauzerini sərgiləmişdi. ChatGPT-nin yüksək sürətlə insanlar arasında məşhurlaşması öz növbəsində bütün dünyada iT şirkətlərin aternativ variantlar hazırlamağa başlamalarına səbəb oldu. Məsələn, Google şirkəti Bard adlı çat-botunu anons edib. Alibaba isə ChatGPT-nin alternativi üzərində çalışdığını elan edib.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap