AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib

17.02.2023 /

Fevralın 16-da Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə təşkil etdiyi “Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib. 

 

Təlim-seminarın keçirilməsində əsas məqsəd elmi və ali təhsil müəssisələrinin sosial media hesablarının təhlili, kommunikasiya alətlərindən düzgün istifadə, kommunikasiyanın təşkili və digər istiqamətlərlə bağlı bilik, bacarıqları təkmilləşdirmək, media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsinə töhfə verməkdir.

 

Təlim-seminarda AMEA-nın nazirliyin tabeliyinə verilən elmi müəssisə və universitetlərinin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.

 

Açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində aparılan islahatlardan danışıb. Əhməd İsmayılov bildirib ki, bu islahatların əsas hissəsi cəmiyyətlə düzgün kommunikasiyanın təşkil edilməsidir.  

 

Açılış mərasimində iştirak edən elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxışında qeyd edib ki, nazirliyin tabeliyindəki müəssisələrin kommunikasiyasının gücləndirilməsi əsas prioritetlərdəndir. Nazir müşaviri əlavə edib ki, ötən ilin dekabrından elm sahələrinin ehtiyaclarının müəyyənləşdirilməsi istiqamətində monitorinqlərə başlanılıb. Yaxın zamanlarda nazirliyin tabeliyindəki elmi müəssisələrin yeni əsasnamələrinin təsdiqi gözlənilir.

 

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli də öz növbəsində bildirib ki, bu gün əsas məsələ elmin populyarlaşdırılmasıdır. İnformasiyaların daha çox fakta yönləndirilməsi, yanlış məlumatların verilməməsi olduqca vacibdir və elmin cəmiyyətdə təbliği üçün ciddi addımlar atılmalıdır. 

 

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev sözügedən təlim-seminarın təşkilindən məmnunluğunu ifadə edib.

 

Rasim Əliquliyev nazirlik və ona tabe olan qurumlar arasında mövcud əlaqələrin gücləndirilməsi və kommunikasiya işinin effektiv təşkilinin vacibliyini önə çəkib, bu kimi təlimlərin əhəmiyyətli olduğunu nəzərə çatdırıb. 

 

Daha sonra Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Elmi müəssisə və universitetlərin sosial media hesablarının təhlili" mövzusunda təqdimatla çıxış edib. 

 

Təlim-seminarın davamında Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova "Media savadlılığı", "Alibayov" kommunikasiya və konsultinq şirkətinin rəhbəri Vəli Əlibəyov "Uğurlu kommunikasiyanın qurulması, kommunikasiya alətlərindən düzgün istifadə", təlimçi Toğrul Ələkbərov "Effektiv təqdimat bacarıqları", təlimçi Fəxri Ağayev "Şəxsi və peşəkar inkişaf", ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə mütəxəssis Azər Nəzərov "Təhsil müəssisələri üçün PR və kommunikasiyanın əsasları", həmçinin Təhsil TV-nin rəhbəri Rəşad Cəfərov "Təhsil TV ilə əməkdaşlıq imkanları" mövzularında çıxış edərək təcrübələrini bölüşüblər.

  

Təlim-seminarda AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Aygün Əliyeva da iştirak edib. A.Əliyeva elmin populyarlaşdırılması istiqamətində görülən işlərin daha geniş kütləyə çatdırılması, kütləvi informasiya vasitələrilə qurulan  kommunikasiya fəaliyyətinin effektivliyinin artırılması və mövcud texniki çatışmazlıqların aradan qaldırılması istiqamətində təlim-seminar çərçivəsində keçirilən müzakirələrə qatılıb. 

 

edu.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap