"Turacademy" və "Hiperkitab" akademik kitab bazaları istifadəçilərin ixtiyarına verilib
20.02.2023 /"Turacademy" və "Hiperkitab" akademik kitab bazaları fevralın 16-dan etibarən istifadəçilərin ixtiyarına verilib. "Turacademy" Türkiyədəki akademik nəşrləri vahid mənbədə toplayaraq rəqəmsal formada akademik, tədqiqatçı və tələbələrə rahat şəkildə çatdırmaq və elektron kitab nəşrinə töhfə vermək üçün informascope şirkəti tərəfindən hazırlanmış yerli elektron kitab platformasıdır.
"Hiperkitab" 27.000-dən çox türkcə məzmuna sahib Türkiyənin ilk rəqəmsal məlumat bazasıdır. Hiperkitab ədəbiyyatdan incəsənətə, riyaziyyatdan informasiya texnologiyalarına qədər 29 kateqoriya üzrə minlərlə kitabın istifadəsinə imkan verir.