“Teknofest İzmir” zəlzələ səbəbindən ertələnib
21.02.2023 /Martın 16-19-da Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılan “Teknofest” Aerokosmik və Texnologiya festivalı ertələnib.
Bu barədə rəsmi açıqlama verilib. "16-19 mart tarixlərində keçirilməsi planlaşdırılan “Teknofest İzmir” ölkə olaraq yaşadığımız zəlzələ fəlakətinin gətirdiyi ortaq acıları səbəbi ilə irəli tarixə ertələnib”, - bildirişdə qeyd olunub.
Texnologiya şənliyinin baş tutacağı dəqiq tarix açıqlanmayıb.