AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfransı öz işinə başlayıb

21.02.2023 /

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Beynəlxalq Ana dili Gününə həsr olunmuş “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfransı öz işinə başlayıb.

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, eləcə də İnformasiya Texnologiyaları İnstitutu və İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA-nın müvafiq elmi müəssisələri və bir sıra dövlət qurumlarından olan nümayəndələr, dilçi alimlər, yazıçılar, KİV nümayəndələri və digər aidiyyəti şəxslər iştirak edib.

 

Açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, ADA Universitetinin Data Analitika Araşdırmaları Mərkəzinin direktoru, texnika üzrə fəlsəfə doktoru Abzətdin Adamov, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Beynəlxalq Ana dili Gününə həsr olunmuş tədbirin önəmindən danışıblar, bu əlamətdar günün keçirilməsinin xalqların dil və mədəniyyətinin qorunması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar, konfransın işinə uğurlar arzulayıblar.

 

Tədbirdə, həmçinin 298 saylı məktəbin şagirdləri tərəfindən ədəbi-bədii proqram nümayiş etdirilib.

 

Sonra konfrans öz işini seksiya iclasları ilə davam etdirib. İclaslarda “Azərbaycan dilində xülasələşdirmə problemləri və onların həlli yolları”, “İnformasiya cəmiyyəti şəraitində Azərbaycan dilində gedən transformasiyalar”, “Azərbaycan dilindəki mətnlərin oxunabilirlik səviyyəsinin qiymətləndirilməsi metodları”, “Milli e-dövlət platformasında linqvistik demoqrafiyanın formalaşması məsələləri” və digər mövzularda müzakirələr aparılıb.

 

Qeyd edək ki, tədbirin 2-ci günündə Azərbaycan dilinin milli korpusunun linqvistik tədqiqatlarda rolu, Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi, milli terminoloji informasiya sisteminin formalaşmasının arxitektur-texnoloji prinsipləri, linqvistik verilənlər bazasının quruluş xüsusiyyətləri, Azərbaycan dilində nitq texnologiyalarının tətbiqi və digər aktual mövzulara dair məruzələr təqdim olunacaq.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap