AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Bing axtarış sisteminin süni zəka əsaslı çat-botunda istifadəçilər üçün aktiv olmayan gizli rejimlər aşkar edilib

21.02.2023 /

Keçən həftə ərzində istifadəçilər ChatGPT-nin təməlində olan dil modeli əsasında çalışan süni zəka əsaslı çat-bota sahib yenilənmiş Bing axtarış sistemini aktiv şəkildə test etdilər. Heç gözlənilmədən məlum olub ki, Bing axtarış sisteminin çat-botu bəzi istifadəçilər üçün öz sirlərini açmağa hazırdır. Söhbət, adi istifadəçilər üçün nəzərdə tutulmamış xüsusi rejimlərdən gedir. Microsoft şirkətinin yenilənmiş Bing-dən istifadəyə sərt məhdudiyyətlər tətbiq etməmişdən öncə Bleeping Computer adlı saytın baş redaktoru Lawrence Abrams çat-bot üçün hiyləgər sualların tərtib edilməsinə bir xeyli zaman sərf edib. Bunun sayəsində çat-bot üçün nəzərdə tutulmuş bəzi əmrləri aşkar etmək mümkün olub.

Aşkar edilmiş əmrlər isə yalnız şirkət əməkdaşları üçün olan gizli rejimlərdən birinin aktivləşdirilməsini reallaşdırırlar. Məlum olub ki, Bing-ə inteqrasiya edilmiş çat-bot bir neçə çalışma rejiminə sahibdir. Həmin rejimlərin adları və onların funksionallıqları isə bu cürdür: Sidney (çat-botun standart versiyası), assistent (biletlərin blonlaşdırılmasına yardımçı olur, istifadəçi tərəfindən təyin edilmiş vacib hadisələri istifadəçiyə xatırladır, hava proqnozunu yoxlayır və istifadəçi tərəfindən təyin edilmiş parametrlərə əsasən elektron məktublar göndərir) və oyun rejimi (istifadəçi ilə birlikdə qəliz olmayan oyunlar oynamaq üçün nəzərdə tutulub).

Rejimlərin arasında həmçinin Friend adlı rejim də aşkar edilib və o, daha çox diqqəti cəlb edib. Lawrence Abrams çat-bot ilə ünsiyyət zamanı özünü qəmgin uşaq kimi təqdim edən zaman çat-bot onunla dialoqu dəstəkləyib və həmyaşıdlarla əlaqələrin qurulmasına həsr edilmiş məsləhətlərdən ibarət siyahını təqdim edib. Nəticədə şirkət əməkdaşları Abrams-ın istifadəçi hesabını boklayıb və qeyd ediblər ki, əlavə rejimlər yalnız şirkət əməkdaşları və tərtibatçıları üçün aktivdir. Daha sonra Microsoft Bing-dəki çat-botdan istifadədə məhdudiyyətlər təyin etdi.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap