AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Beynəlxalq Ana dili Gününə həsr olunmuş konfrans seksiya iclasları ilə davam edir

22.02.2023 /

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfransı seksiya iclasları ilə davam edir.

Tədbirin ikinci günündə AMEA-nın müxbir üzvləri Ramiz Alıquliyev, Əminağa Sadıqov, Kamil Ayda-zadə, filologiya elmləri doktoru Sayalı Sadıqova, texnika elmləri doktoru Zərifə Cəbrayılova, filologiya üzrə fəlsəfə doktorları Mehman Həsənli, Hikmət Quliyev və Baba Məhərrəmlinin həmsədrliyi ilə 4 seksiya iclasının keçirilməsi nəzərdə tutulur.

Seksiya iclaslarında “Kompüter dilçiliyinin meydana gəlməsi və inkişaf tendensiyaları”, “Azərbaycan dilinin milli korpusunun linqvistik tədqiqatlarda rolu”, “Dil iqtisadiyyatı biliklər iqtisadiyyatının tərkib hissəsi kimi”, “Real vaxt rejimində Azərbaycan dili üçün nitqi tanıma sisteminin işlənməsi”, “Rəqəmsal iqtisadiyyat və transformasiyaların Azərbaycan dilində termin və anlayışlar bazasının formalaşdırılması problemləri”, “Azərbaycan dilində antiplagiat sistemlərinin yaradılması problemləri və onların həlli yolları haqqında”, “E-dövlət mühitində Azərbaycan dili normalarına on-line nəzarət sisteminin konseptual və arxitektur-texnoloji əsasları”, “Milli terminoloji informasiya sisteminin formalaşmasının arxitektur-texnoloji prinsipləri haqqında” və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

İclaslarda, həmçinin milli onomastika sisteminin formalaşması aspektləri, milli dil korpusunda Azərbaycan dilinin tədqiqi məsələləri, ali təhsil müəssisələrində dərs cədvəlinin qurulması üçün intellektual dialoq sistemi, Azərbaycan dilində nitq texnologiyalarının tətbiqi, jurnalistikada mətnlərin intellektual linqvistik təminatı problemləri, korpus dilçiliyi və leksikoqrafiya və s. istiqamətlərdə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, konfrans AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, eləcə də Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu və İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap