AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

ChatGPT vasitəsilə yazılmış çoxlu sayda elektron kitab satışa çıxıb

22.02.2023 /

 İnsanların neyron şəbəkələrinə və süni zəka əsaslı təkmilləşdirilmiş ChatGPT çat-botuna maraqlarının artması öz növbəsində OpenAI şirkətinin süni zəka sistemi tərəfindən yazılmış çoxlu sayda elektron kitabın ortaya çıxmasına səbəb olub. Reuters saytının əməkdaşları Amazon Kindle platformasını analiz edərək bu cür nəticəyə gəliblər. Bu məsələdə Nyu-York ştatının Roçester şəhərindən olan Brett Schickler adlı satıcının hekayəsini misal gətirmək olar. Hələ bir neçə müddət bundan öncəyə kimi Brett dərc olunacaq kitabın müəllifi olacağını belə təsəvvür etmirdi. Lakin ChatGPT-nin istifadəyə verilməsindən sonra o özünü yazıçı kimi sınamaq qərarına gəlib.

 

Təkmilləşdirilmiş çat-botun köməkliyi ilə 30 səhifəlik uşaq kitabının yazılması üçün Brett-ə yalnız bir neçə saat vaxt lazım olub. Daha sonra o, çat-botun köməkliyi ilə yazılmış kitabın Amazon platformasında elektron versiyasını 2.99$-a, fiziki versiyasını isə 9.99$-a satışa çıxardıb. “The Wise Little Squirrel: A Tale of Saving and Investing” adlı kitab alıcılar arasında böyük tələbata səbəb olmasa da Brett-ə 100$ gəlir əldə etməyə imkan verib. Kitab satışından əldə edilmiş gəlir çox böyük olmasa da, bu, professional olmayan müəllifləri süni zəka alqoritmləri vasitəsilə yeni kitabların tərtib edilməsinə sövq edə bilər. Bu ayın ortasına olan statistikaya əsasən Amazon Kindle platformasında ChatGPT-nin müəllif və ya həmmüəllif kimi qeyd edildiyi 200-dən çox kitab satışa çıxarılıb.

 

Amazon-da həmçinin yeni altjanr da ortaya çıxıb və ona tamamilə süni zəka alqoritmləri tərəfindən tərtib edilmiş materiallar aiddir. Lakin müəlliflərin çoxu öz kitablarında çat-botdan istifadə etdiklərini qeyd etmədikləri üçün neyron şəbəkəsi tərəfindən tərtib edilmiş materialların real sayını təyin etmək mümkün deyil. Görünür, ChatGPT kitab sahəsini tamamilə dəyişmək nöqtəsinə gəlib çatıb. Bu sahədə yeni fəaliyyətə başlamış müəlliflər daha tez gəlir əldə etmək üçün elektron kitabların tərtib edilməsi mövzusunda süni zəka əsaslı proqram təminatına müraciət edirlər. Daha sonra onlar tərtib edilmiş elektron kitabı Kindle Direct Publishing üzərindən dərc etdirərək onların monetizasiyalarını reallaşdırırlar.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap