AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

İdarəçilikdə rəqəmsal texnologiyalar: problemlər və perspektivlər mövzusunda respublika elmi konfransı keçirilib

23.02.2023 /

22 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçilik Məktəbində “İdarəçilikdə rəqəmsal texnologiyalar: problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib. İntellektual sistemlərin idarə olunması kafedrası tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar DİA-nın tədbirlər planına əsasən təşkil olunan tədbirdə informasiya- kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bir çox təşkilatların rəhbərləri, mütəxəssislər, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.

 

Qeyd olunub ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları, internetin inkişafı qlobal informasiya cəmiyyətinin formalaşmasında və onun təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, rəqəmsallaşdırılması, o cümlədən Dövlət İdarəçilik Akademiyasında kompüter elmləri sahəsində ixtisaslaşan gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində konfrans xüsusi əhəmiyyət kəsb edir.

 

Konfransda Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü, konfransın proqram komitəsinin sədri Əminağa Sadıqov “İdarəetmədə rəqəmsal transformasiyanın xüsusiyyətləri”, Azərbaycan Texniki Universiteti Kompüter texnologiyaları kafedrasının müdiri professor Vaqif Qasımov “Rəqəmsal dövlət idarəçiliyi: yeni imkanlar və risklər”, Milli Məclisin İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri dosent Şahin Həsənov “İnformasiya texnologiyaları və reallıqlar”, Dövlət İdarəçilik Akademiyasının İntellektual sistemlərin idarə olunması kafedrasının müdiri dosent Elvin Əzizbəyov “Heydər Əliyev və dövlətin informasiya-kommunikasiya texnologiyaları siyasəti” mövzularında məruzə ilə çıxış ediblər.

 

Plenar iclasdan sonra konfrans öz işini panel iclasları ilə davam etdirib. Sonra məruzəçilərə sertifikatlar təqdim olunub.

dia.edu.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap