AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AMEA Rəyasət Heyətinin iclası keçirilib

24.02.2023 /

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

“Humanitar və ictimai elmlər üzrə tədqiqatlarda ədəbi-tarixi şəxsiyyətlərin tədqiq edilməsi vəziyyəti və müstəqillik dövrü Azərbaycan elminin vəzifələri” mövzusunda məruzə ilə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, XX əsrin yetmişinci illərində irəli sürülən “İnkişaf etmiş sosializm” konsepsiyasının əsas müddəalarından olan “sovet xalqı” anlayışı ilə xalqların milli kimliyinin unutdurulmağa çalışıldığı sahəsində müəyyən addımlar atılmışdır. Bu düşüncəyə qarşı qismən da olsa, görkəmli sənət xadimləri vasitəsilə müqavimətin göstərildiyini deyən AMEA rəhbəri bildirib ki, SSRİ xalqlarının kökündən, tarixindən, milliyyətindən, ədəbi-tarixi şəxsiyyətlərindən uzaqlaşdırılmasına görkəmli qırğız yazıçısı Çingiz Aytmatov “Gün var əsrə bərabər” əsərindəki “manqurtlaşma” tezisi ilə özünün etirazını çatdırıb.

Akademik vurğulayıb ki, istehsalat mövzusunun şəxsiyyət amilini qabaqladığı həmin illərdə tarixi şəxsiyyətlərin, böyük sərkərdələrin, xalq qəhrəmanlarının obrazlarının yaradılmasının arxa plana keçirilməsi təşviq edilmişdir.

“Bu gün də bədii ədəbiyyatda və incəsənətdə cəmiyyətin inkişafı ilə əlaqədar elmi əsərlərdə problemlərə olan maraq şəxsiyyətlərə olan meyli üstələyir. Bütün bunlara görə humanitar və ictimai elmlər üzrə tədqiqatların istiqamətini nəzəri problemlərin araşdırılması ilə bərabər, həm də ədəbi-tarixi şəxsiyyətlərin tədqiqinə yönləndirilməsinə ehtiyac var”, - deyən AMEA prezidenti institutlarda elmi istiqamətlərin müəyyən edilməsində bu məsələnin nəzərə alınmasının əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Dissertasiya mövzularının tövsiyə edilməsində, elmi-populyar əsərlərin, monoqrafiyaların hazırlanmasında, fərdi elmi tədqiqatların təsdiq edilməsində hər iki istiqamət üzrə tədqiqatların aparılması fikri irəli sürülüb.

Rəyasət Heyətinin iclasında AMEA-da “Heydər Əliyev Ensiklopediyası”nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən hazırlanmış 820 sözü əhatə edən sözlüyü də müzakirə edilib.

Mövzu ilə əlaqədar çıxış edən akademik İsa Həbibbəyli bu günlərdə “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Tədbirlər planının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirənin keçirildiyini xatırladıb. Vurğulayıb ki, AMEA miqyasında “Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Tədbirlər Planı”na müvafiq olaraq 2023-2024-cü illər ərzində “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması istiqamətində tədbirlər həyata keçirilir. Təqdim edilən sözlüyün əlavə və düzəlişlərlə təkmilləşdirilməsi üçün müvafiq komissiya yaradılıb.

İclasda, həmçinin AMEA-nın Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurasının Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların əlaqələndirilməsi və sistemli koordinasiyasının təmin edilməsi məqsədi ilə hazırladığı Tədbirlər planı müzakirə edilərək təsdiqlənib.

“Elm günü” ilə əlaqədar AMEA-nın tədbirləri haqqında da müzakirələr aparılıb. “Elm günü”nə həsr olunmuş Tədbirlər planı təsdiqlənib. Həmçinin AMEA-nın “İstinadlarda rekord” diplomunun təsis olunması barədə qərar qəbul edilib, həmin istiqamətdə fərqlənən alimlərə “Elm günü”ndə verilməsi qərara alınıb.

Rəyasət Heyəti AMEA-nın Qafqazşünaslıq İnstitutunda struktur dəyişikliyi haqqında qərar qəbul edib. “AMEA-nın 2022-ci ildəki fəaliyyəti haqqında hesabat” məcmuəsinin nəşrə tövsiyə edilməsi və AMEA-nın 2022-ci ilə dair fəaliyyətinin yekunları haqqında 16 mart 2023-cü il tarixli növbəti Ümumi yığıncağında dinləniləcək əsas məruzənin və məruzəyə əlavələrin mətnlərinin ayrıca kitab halında nəşr edilməsi qərara alınıb.

İclasda akademik Cəlal Əliyevin 95 illik və akademik Urxan Ələkbərovun 80 illik yubileyləri haqqında müvafiq qərarlar qəbul olunub, tədbirlər müəyyən edilib.

AMEA Rəyasət Heyətinin iclasındakı müzakirələrdə akademiklər Arif Həşimov, Dilqəm Tağıyev, Tofiq Nağıyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, professorlar Kərim Şükürov, İlham Məmmədzadə, eləcə də “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini Vaqif Bəhmənli və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap