AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

“Meta” süni intellekt sistemi əsasında yeni böyük dil modelini təqdim edib

27.02.2023 /

“Meta Platforms Inc” kompaniyası tədqiqatçılara yeni süni intellekt sisteminin əsas proqram təminatı çərçivəsində böyük dil modelini təqdim etdiyini açıqlayıb.

 

Reuters agentliyinə istinadla xəbər verilir ki, süni intellekt texnologiya sahəsinə hakim olmaq üçün ictimai rəqabətin geniş vüsət aldığı keçən ilin sonunda “Microsoft” tərəfindən dəstəklənən “OpenAI” və “ChatGPT” proqramları istifadəyə verilib. Açıqlamada deyilir ki, böyük dil modeli “Meta AI” üçün “LLaMA” proqram təminatı qeyri-kommersiya lisenziyası altında tədqiqatçılar, hökumətlər, vətəndaş cəmiyyəti və akademiyalar da daxil olmaqla, əlaqəli qurumlar üçün əlçatan olacaq.

 

Böyük dil modeli məlumatı ümumiləşdirmək və məzmun yaratmaq üçün böyük həcmdə mətni mənimsəyir, suallara, məsələn, insanlar tərəfindən yazılmış kimi oxuna bilən cümlələrlə cavab verə bilir. “Meta”nın açıqlamasına görə, əvvəlki təkliflərdən daha az hesablama gücü tələb edən model, eyni zamanda, latın və kiril əlifbasından istifadə edənlər üçün 20 dildə versiyalar təqdim edir.

 

Kompaniyanın baş proqram təminatı üzrə analitiki Gil Luria bildirib ki, “Meta” bugünkü elanı generativ süni intellekt imkanlarını sınaqdan keçirmək üçün bir addım kimi görünür ki, bu yenilik gələcək məhsullarda tətbiq edilə bilər. O əlavə edib: “General AI” tətbiqi süni intellekt sahəsində daha az təcrübəsi olan kompaniya üçün bizneslərin perspektivi baxımından vacib olan amildir. Süni intellekt texnologiya sənayesinə investisiyalar üçün parlaq bir nöqtə kimi ortaya çıxıb. “Meta” kompaniyası “LLaMA” tətbiqi vasitəsi ilə alqoritmin nəzərə aldığı daha çox parametrləri və ya dəyişənləri araşdıran rəqiblərini üstələyə biləcək. Belə ki, bu tətbiqin 13 milyard parametrli versiyası “ChatGPT” modelinin son sələfi olan “GPT-3”dən üstün olacaq. Yeni 65 milyard parametrli “LLaMA” modeli isə “Google”un “Chinchilla70B” və “PaLM-540B” modellərindən daha böyükdür”.

 

“Meta” ötən ilin mayında tədqiqatçılar üçün “BlenderBot” chatbotunun yeni iterasiyasının əsasını təşkil edən böyük dilli “OPT-175B” modelini istifadəyə verib. Kompaniya daha sonra elmi məqalələr yaza və riyaziyyat problemlərini həll edə bilən “Galactica” adlı modeli təqdim edib, lakin bu proqram təminatı uğursuz olub.

azertag.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap