AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Beynəlxalq Astronavtika Konqresi çərçivəsində keçiriləcək elm müsabiqəsinə məqalə qəbulu başa çatır

27.02.2023 /

Beynəlxalq Astronavtika Konqresi çərçivəsində keçiriləcək “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda elm müsabiqəsində iştirak etmək imkanı qazanmaq üçün az vaxt qalıb.

 

Müsabiqə iştirakçılara elmi iş və ya məqalələrini 2-6 oktyabrda Bakı şəhərində təşkil olunacaq kosmik sahənin ən böyük tədbirində ­– Beynəlxalq Astronavtika Konqresində təqdim etmək fürsətini verir.

 

Məqalə üzrə hazırlanmış xülasənin (abstract) təqdim olunması üçün son tarix 28 fevral 2023-cü ildir.

 

Müəllif Beynəlxalq Astronavtika Federasiyasının saytında qeydiyyatdan keçdikdən sonra hesab yaradıb aidiyyəti bölmə üzrə məqalənin xülasə hissəsini yükləyə bilər.

 

Müsabiqədə kimlər iştirak edə bilər?

 

Müsabiqədə hər kəs, həmçinin aşağıdakı kateqoriyalardan ən azı birinə uyğun olan müəlliflər iştirak edə bilər:

 

•        Əyani təhsil alan tələbələr

•        Gənc mütəxəssislər (35 yaşadək)

•        Orta ixtisas təhsili və ya ali məktəblərin müəllimləri

•        Təqaüddə olan alim, professor və müəllimlər

•        STEAM təhsili sahəsində fəaliyyət göstərənlər

 

Elmi işlər aşağıda qeyd olunan meyarlar əsasında qəbul olunur:

 

•        Elmi iş ingilis dilində “Microsoft Word” sənədində yazılmalıdır

•        Hər müəllif bir neçə məqalə təqdim edə bilər

•        Məqalənin xülasə hissəsi maksimum 400 sözdən ibarət olmalıdır

•        Məqalə hazırlanarkən bütün müəlliflərin adı qeyd olunmalıdır; məqalə əsas müəllif tərəfindən qeydiyyatdan keçirilməlidir

 

Məqalənin strukturu aşağıdakı hissələrdən ibarət olmalıdır:

 

·       Başlıqdakı bütün sözlər böyük hərflə yazılmalıdır

·       Giriş hissə elmi işin məqsədini bildirməlidir

·       Metodologiya bölməsi elmi işdə istifadə olunan metodları göstərməlidir

·       Nəticələr və müzakirə hissəsində müəllif(lər) elmi işin yekun nəticələrini göstərməli, izah etməlidirlər; məqalədə cədvəl və ya qrafiklərdən istifadə yolverilməzdir

·       Yekun hissədə məqaləni bir cümlədən çox olmayan fikirlə ifadə etmək arzuolunandır

 

Müsabiqəyə aşağıdakı sahələr üzrə elmi işlər təqdim etmək olar:

 

•        Elm və tədqiqat – kosmosun gündəlik həyata təsiri, kosmik tədqiqatlar, kosmik tullantılar və Yerdən kənar tədqiqatlar da daxil olmaqla missiyaları təmin edən kosmik sistem və aparatlar

•        Tətbiqlər və əməliyyatlar – Yerin müşahidəsi, rabitə, naviqasiya, insanın kosmik sahədə gördüyü işlər və kiçik peyklər üzrə daxil olmaqla davam edən və gələcək əməliyyat tətbiqləri

•        Texnologiya – astrodinamika və kosmik sistemlər üçün ümumi texnologiyalar

•        İnfrastruktur – kosmik sistemin daşınması, gələcək sistemlər və təhlükəsizlik daxil olmaqla, kosmik missiyaları təmin edən sistemlər

•        Kosmos və cəmiyyət – kosmosun cəmiyyətlə qarşılıqlı əlaqəsi, o cümlədən təhsil, siyasət, iqtisadiyyat, tarix və hüquq sahələrinə təsiri

•        Kosmik sahədə innovasiyalar

 

Qeyd edək ki, 2-6 oktyabr tarixində Azərbaycanda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində kosmos sahəsində dünyanın aparıcı agentlik və elmi mərkəzlərinin, beynəlxalq təşkilatların rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr bir araya gələcəklər.

 

Beynəlxalq Astronavtika Konqresi haqqında ətraflı məlumat - iac2023.org

azercosmos.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap