Koreyada doktorantura üzrə təhsil imkanı
01.03.2023 /Koreya Respublikası Seul Milli Universiteti 2023-2024-cü tədris ili üçün doktorantura səviyyəsi üzrə təqaüd proqramına sənəd qəbulu elan edir.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Proqramda iştirak etmək istəyən namizədlər martın 8-dək universitetin internet səhifəsi üzərindən müraciət edə bilərlər.
Təqaüd proqramı haqqında ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.