AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransı keçiriləcək

28.02.2023 /

İyunun 22–25-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (BMDM) və Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı keçiriləcək.

UNEC-dən bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən beynəlxalq konfrans "Bir əsrin iqtisadi nəticələri" mövzusuna həsr olunacaq. Dövlət və özəl qurumların rəhbər şəxslərinin, yerli və xarici qonaqların qatılacağı konfransda dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədqiqatçılarının iştirakı ilə “Vorkshop” təşkil olunacaq. Eləcə də “Yaşıl iqtisadiyyat və yaşıl inkişaf” mövzusunda “Green Day” keçiriləcək. Tədbirdə yaşıl investisiyalar, yaşıl inkişaf, yaşıl enerji, təkrar istehsal, yaşıl istehlak kimi aktual mövzularda çıxışlar olacaq. Məruzə sessiyalarında dünyanın 100-ə yaxın ölkəsindən 500-dən çox tədqiqatçı öz işlərini təqdim edəcək.

Konfrans çərçivəsində yerli və xarici universitetlərin professor və tədqiqatçıların iştirakı ilə “Bir əsrin iqtisadi portreti” kitabının təqdimatı nəzərdə tutulub. Bundan əlavə, ingilis dilində “Yaşıl iqtisadiyyat və yaşıl maliyyə” adlı kitab nəşr olunacaq. Həmçinin ali təhsil müəssisələrində dərs vəsaiti olaraq istifadə edilməsi nəzərdə tutulan “Strateji idarəetmə” kitabı da çap olunaraq konfrans zamanı iştirakçılara təqdim ediləcək.

Akademik tədbirlərlə yanaşı, konfrans günlərində Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinə, mədəniyyətinə, Heydər Əliyev irsinə aid müxtəlif mövzularda sərgilərdən ibarət mədəni tədbirlər təşkil olunacaq.

Konfransa elmi məqalələrin qəbulu aprelin 21-dək davam edəcək.

Tədbirlər haqqında daha ətraflı məlumatları konfransın rəsmi saytı olan www.conferences.az  veb-ünvanından əldə etmək olar.

azertag.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap