AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Microsoft mətnli fotoları anlaya və IQ testlərdən keçə bilən Kosmos-1 adlı süni zəka modelini təqdim edib

02.03.2023 /

Microsoft şirkəti Kosmos-1 adlı multimodal süni zəka modelini təqdim edib. Təqdim edilmiş bu süni zəka modeli fotoların tərkiblərini analiz edə, qrafik tapmacaları həll edə, mətnləri təyin edə, IQ-nün qiymətləndirilməsi üçün nəzərdə tutulmuş vizual testlərdən keçə və təbii dildə olan əmrləri başa düşə bilir. Alimlərin fikirlərinə əsasən mətn, audio və video da daxil olmaqla müxtəlif qrafik rejimlərlə çalışa bilən multimodal süni zəka modelinin yaradılması ümumi süni zəkanın (AGI) formalaşması yolunda vacib addımdır. Bu cür ümumi süni zəka isə müxtəlif tapşırıqları insanlar səviyyəsində yerinə yetirə bilər.

 

Mütəxəssislərin sözlərinə əsasən multimodal qavrayış biliklərin əldə edilməsi və real dünya ilə əlaqə kontekstində AGI-nın yaradılması üçün lazım olan elementdir. Məlumatda qeyd edilib ki, Kosmos-1 fotoları analiz edərək onlar barəsində olan suallara cavab verə bilir. Bununla yanaşı o, mətnləri oxuya, illüstrasiyalar üçün imzalar tərtib edə və vizual IQ testlərdən keçə bilir. Hesab edilir ki, ümumi süni zəkanın yaradılması intellektual tapşırıqların yerinə yetirilməsi məsələsində insanları tamamilə əvəz etməyə imkan verəcək. Son zamanlarda məşhurlaşmış süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkətinin də əsas məqsədi məhz budur. Lakin çox güman ki, Kosmos-1 modeli tamamilə Microsoft-a məxsus olan bir layihədir. Tədqiqatçılar bu modeli böyük multimodal dil modeli (MLLM) adlandırırlar. 

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap