AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Akademik Rasim Əliquliyev: “Yeni nəsil jurnalistlərin hazırlanmasında IV Sənaye İnqilabının texnoloji çağırışları nəzərə alınmalıdır”

07.03.2023 /

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, süni intellektin geniş tətbiqi, eləcə də yeni məzmunda informasiyaların meydana gəlməsi jurnalistlərin və media qurumlarının daha rəqabətqabiliyyətli olmasını, zamanla ayaqlaşmasını tələb edir. Bu baxımdan Azərbaycanın ali məktəblərində “Jurnalistika” ixtisası üzrə təhsilin məzmununun yenilənməsinə ciddi ehtiyac vardır. 

 

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə təşkil etdiyi “Effektiv kommunikasiya” mövzusunda keçirilən təlim-seminarda ölkəmizdə jurnalistika sahəsində kadr hazırlığı ilə bağlı bəzi problemlərə diqqət çəkib, eyni zamanda bir sıra təkliflər irəli sürüb.

 

Akademik Rasim Əliquliyev jurnalistika fakültələrində beynəlxalq təcrübəni nəzərə alaraq, tədris olunan fənlərin monitorinqinin aparılması, müasir dövrün tələblərinə cavab verən, yeni bilikləri tədris edən kafedraların yaradılması, eləcə də texnoloji və innovativ biliklərin daşıyıcısı olan yeni nəsil jurnalistlərin yetişdirilməsinin zəruriliyini önə çəkib.

 

Alimin fikrincə, ölkəmizdə jurnalistika ixtisası üzrə doktorantura təhsili həyata keçirilsə də, bu ixtisas üzrə dissertasiya müdafiəsinin olmaması və tədqiqatlara müvafiq elmi dərəcənin verilməməsi ciddi problemlərdən biridir.

 

AMEA-nın vitse-prezidenti jurnalistika üzrə magistratura səviyəsində “Elm jurnalistikası” ixtisasının yaradılmasının vacib olduğunu qeyd edib: “Bu, elmi bilikləri cəmiyyətə operativ və dolğun şəkildə çatdırmaq qabiliyyətinə malik, eyni zamanda IV Sənaye İnqilabının çağırışlarına adekvat jurnalistlərin hazırlanması baxımından xüsusi əhəmiyyət daşıyır”.

 

Akademik, həmçinin İnformasiya Texnologiyaları İnstitutunun “Azərbaycan KİV sistemində yeni medianın formalaşması və konvergensiyası prosesi”, “İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi”, “Süni intellektə əsaslanan jurnalistikanın formalaşması problemləri” və digər problemlər üzrə aparılan multidissiplinar tədqiqatlara da dəstək verdiyini diqqətə çatdırıb.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap