AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Akademik Rasim Əliquliyev: “Onlayn platformada milli dil korpusunun yaradılması ilə bağlı təcili tədbirlər görülməlidir”

10.03.2023 /

Bu gün Azərbaycanda həm kompüter elmləri, həm də dilçilik sahəsində ciddi tədqiqatlar aparılır, mühüm nailiyyətlər əldə olunur. Lakin dilçilik və kompüter elmləri arasında körpü yarada biləcək yüksəkixtisaslı kadrların olmaması ciddi problemlər yaradır. Hər iki elm sahəsinin alim və mütəxəssisləri Azərbaycan dilinin inkişafı istiqamətində səylərini birləşdirməli, mövcud problemlərin həlli üçün təcili addımlar atmalıdır. Çünki dilin qorunması və inkişafı təkcə milli mənəviyyat yox, həm də milli identiklik və təhlükəsizlik məsələsidir.

 

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfransında çıxışı zamanı Azərbaycanın milli dil korpusunun yaradılmasının zəruriliyindən danışarkən bu fikirləri səsləndirib.

 

“Bu texnolinqvstik ideologiya insanlara kompüter, robot, dron və digər müasir qurğularla Azərbaycan dilində ünsiyyət qurmağa imkan verəcək. Söhbət nitqin tanınması və süni nitqin sintezindən, eləcə də təbii dilin qavranılması, anlaşılması və emalından gedir” – deyən akademik milli dil korpusunun yaradılmasının vacibliyini izah edib. Bu istiqamətdə fəaliyyət planının hazırlanmasının, təşkilati qurumların yaradılmasının, eyni zamanda maliyyə və qrant dəstəyinin göstərilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.

 

AMEA-nın vitse-prezidenti dövlət başçısı İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı müvafiq qurumlarının qarşısına konkret, ciddi vəzifələr qoyduğunu xatırladaraq, bu vəzifələrin həyata keçirilməsində alim və ziyalılarımızı birgə fəaliyyət göstərməyə çağırıb.

 

Bütün texnoloji transformasiyalar kontekstində dilimizlə bağlı ciddi tədbirlərin görülməsinin zəruri olduğunu qeyd edən akademik bildirib ki, fundamental elm sahəsində çalışan alimlər dilçi alimlərlə birgə təbii dili emal etməyə imkan verən milli, korporativ və fərdi dil korpusları, müxtəlif təyinatlı tezlik lüğətləri hazırlamalıdırlar. İnternet mühitdə digər dillərin Azərbaycan dilini sıxışıdırmaması, dilimizin təhlükəsizliyinin qorunması və ona olan müxtəlif növ təhdidlərin qarşısının alınması üçün süni intellekt texnologiyalarından istifadə əsasında xüsusi linqvistik sistemlər və robotlar yaradılmalıdır.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap