AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər havadan elektrik enerjisi əldə etməyi öyrəniblər

10.03.2023 /

Avstraliyadan olan alimlər atmosferdəki hidrogeni elektrik enerjisinə çevirən fermenti əldə edə biliblər. Sözügedən ferment buzlaqlarda və termal su mənbələrində sağ qalmağı bacaran bakteriyalardan əldə edilib. Əldə edilmiş fermentin həssaslığı o qədər yüksəkdir ki, o, atmosferdə hətta ən kiçik miqdarda hidrogeni belə uda bilir. Gələcəkdə onun sayəsində elektron cihazları elektrik enerjisi ilə təmin etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, Avstraliyadan olan alimlər tərəfindən kəşf edilmiş ferment yalnız hidrogendən enerji əldə edir. Yəni bu halda oksigen toxunulmaz olaraq qalır.

 

Alimləri artıq uzun müddət maraqlandıran fakt ondan ibarətdir ki, bəzi bakteriyalar ekstremal aşağı və yuxarı temperatur şəraitində yaşaya bilirlər. Bu cür bakteriyalardan birinin müşahidəsi isə öz növbəsində Huc adlı fermentin kəşf edilməsinə gətirib çıxarıb. Məlum olub ki, sözügedən ferment hətta adi havada olan 0.00005% miqdarında hidrogeni də uda bilir. Elmə məlum olan digər fermentlər ilə katalizatorlardan heç biri bu cür az miqdarda hidrogen ilə reaksiyaya girə bilmir.

 

Alimlər fermentin hidrogen ilə qarşılıqlı əlaqə mexanizmini detallı şəkildə analiz edəndən sonra bakteriyalardan tədqiqatlar üçün həmin fermentin lazımi miqdarda əldə edilməsini öyrəniblər. Bundan əlavə olaraq məlum olub ki, əldə edilmiş Huc adlı ferment çox dözümlüdür və onu donmuş vəziyyətdə saxlamaq olar. Fermentlər əsasında enerji mənbələrinin istehsalı prosesində isə bu cür özəllik üstünlük hesab edilir. Lakin alimlər hələ ki, bu fermentin kütləvi istehsalını necə reallaşdırmaq lazım olduğunu və onun əsasında hansı enerji elementinin ola biləcəyini bilmirlər. Mütəxəssislər bu suallara tədqiqatın növbəti mərhələlərində cavab tapmağa ümid edirlər.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap