AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Google ChatGPT ilə rəqabət aparmaq üçün bütün məhsullarına süni zəkanın inteqrasiyasını planlaşdırır

10.03.2023 /

Google şirkəti süni zəka sistemləri və uzunmüddətli perspektivdə yaxşı nəticələr sərgiləyəcək layihələr üzrə peşəkar şirkət hesab edilir. OpenAI şirkətinin süni zəka saslı ChatGPT çat-botunu təqdim edərək generativ süni zəka sistemləri sahəsində Google şirkətini qabaqlasa da, Google öz dil modelinin daha geniş miqyasda inteqrasiyası vasitəsilə bu sahədə liderliyi əldə etməyi planlaşdırır. Google şirkəti potensial olaraq axtarış sistemləri sahəsində ona meydan oxuya biləcək bu texnologiyanın nə dərəcədə perspektiv olduğunu anlayır. Bununla belə hal hazırda vəziyyət Google üçün daha təhlükəlidir. Belə ki, OpenAI ilə Microsoft sıx əməkdaşlıq rejimində çalışırlar.

 

Microsoft isə öz növbəsində OpenAI şirkətinə külli midarda investisiyalar yatırmaqla onun əsas investoruna çevrilib. Bundan əlavə olaraq Microsoft süni zəka əsaslı ChatGPT çat-botunu artıq öz məhsullarına inteqrasiya edir. Google şirkətinin keçmiş və indiki əməkdaşlarının verdikləri məlumata əsasən ChatGPT-nin reallaşdırdığı dəyişikliklər Google şirkətini narahat etməyə bilməz. Məlumdur ki, bu cür vəziyyət ona gətirib çıxarıb ki, şirkətin CEO-su olan Sundar Pichai hər bir konkret məhsulun detallarını anlamağa məcburdur. Hətta Google şirkətinin təsisçiləri Larry Page ilə Sergey Brin də şirkətə çalışmağa geri qayıdıblar.

 

Qeyd etmək lazımdır ki, Sundar Pichai süni zəkanı hələ 2016-cı ildə Google şirkətinin prioritetli istiqaməti adlandırmışdı.Şirkət artıq öz reklam biznesində, Gmail-də və digər məhsullarında süni zəka texnologiyalarından istifadə edir. Bəzilərinin fikirlərinə əsasən OpenAI yatmış “şir”i oyandırıb. Məsələ burasındadır ki, ChatGPT kimi texnologiyaların inkişaf etməsi öz növbəsində Google şirkətinin kommersiya maraqlarına zərər yetirə bilər. Böyük ehtimal ilə şirkət axtarış sorğularında çoxlu sayda linklər əvəzinə konkret dəqiq cavablar verən sistemin inteqrasiyasında maraqlı deyil. Lakin bu məsələdə Google şirkətinin seçim şansı qalmır. Artıq bir çox şirkət sözügedən sahədə irəli getmək istəklərini sərgiləyib.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap