AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Mars ilə Yupiter arasında planet mövcud olsaydı, Yer kürəsi Günəş sistemindən kənara atılacaqdı

13.03.2023 /

Planetary Science Journal adlı jurnalda Kaliforniya Universitetinin alimlərinin yeni tədqiqatları dərc edilib. Alimlərin heni tədqiqatlarında Mars ilə Yupiter arasında fərziyyəyə əsaslanan planetə sahib Günəş sistemnin konfiqurasiyası müşahidə edilib. Qeyd etmək lazımdır ki, reallıqda Mars ilə Yupiter arasındakı zona boşdur və alimlər bunun nəyə görə belə olduğunu bilmirlər. Lakin aparılmış kompüter modelləşdirmələri onu göstəriblər ki, Mars ilə Yupiter arasında planet mövcud olsaydı, bu, Yer kürəsi üçün fəlakətə səbəb olardı. “Bizim Günəş sistemimiz mənim daha əvvəllər düşündüyümdən daha detallı şəkildə ayarlanıb. Hər şey dəqiq şəkildə çalışan saat mexanizmlərinə bənzəyir və əgər bu ümumi mexanizmə digər əlavə mexanizm əlavə edilsə, hər şey məhv olar” - deyə alimlərdən biri qeyd edib.

 

Alimlər Günəş sistemi ilə bağlı iki sirrə aydınlıq gətirməyə çalışıblar. Birinci sirr Yer kürəsi ilə Neptun arasında Yer kürəsindən 4 dəfə böyük və 17 dəfə daha ağır aralıq kütləli planetin olmaması ilə bağlıdır. İkinci sirr isə Mars ilə Yupiter arasındakı zonada planetin olmamasını əhatə edir.

 

Bu iki sirr aparılmış kompüter modelləşdirilmələrində birləşdirilib. Aparılmış kompüter modelləşdirilmələrində isə Mars ilə Yupiterin arasında bir ədəd Super Yer (kütləsi Yer kürəsinin kütləsindən böyük, Neptunun kütləsindən isə kiçik olan planetlər sinifi) yerləşdirilib. Hesablamalar nəticəsində məlum olub ki, Mars ilə Yupiter arasında fərziyyəyə əsaslanan Super Yerin Günəş sisteminin digər panetlərinin orbitlərinə təsir göstərmədən dövr edə biləcəyi bir təsdiqlənmiş orbiti var. Lakin aparılmış kompüter modelləşdirilmələrinin əksəriyyətində Mars ilə Yupiter arasında Super Yerin mövcud olması öz növbəsində Günəş sisteminin bütün planetlərinin orbitlərini qeyri-stabil hala gətirib çıxarır.

 

Bu halda Venera, Merkuri, Yer kürəsi, Neptun və Uran sadəcə olaraq Günəş sistemindən kənara atılacaqdılar. Məsələ burasındadır ki, fərziyyəyə əsaslanan Super Yerin hərəkət orbiti mütləq şəkildə Yupiterə təsir göstərərdi. O isə öz növbəsində öz qravitasiya gücü vasitəsilə digər planetlərin orbitlərini qeyri-stabil vəziyyətə gətirərdi. Bu halda hətta əgər Yer kürəsi Günəş sistemində qalsaydı belə, onun orbiti elə dərəcə uzanmış şəkildə olacaqdı ki, planetdə həyat formasının mövcud olması barəsində danışmağa ehtiyac belə qalmazdı. Buna görə də Mars ilə Yupiter arasında Super Yerin olmaması böyük bəxtəvərlikdir. 

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap