AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

13.03.2023 /

Kosmik hava durumu - Hesabat dövründə Günəşin fəallığı zəifləmişdir, maksimum alışma C 7.1 sinifli alışma olmuşdur. Hal-hazırda Günəşin səthində 11 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 126-dır. Martın 12-də cənub-qərb hissədə (South 45 - West 73) protuberans alışması nəticəsində atılan CME-nin (Caronal Mass Ejections – Tac Kütlə Atılmaları) martın 15-də Yerə təsiri gözlənilir.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron selinin pik həddi martın 10-u qeydə alınmışdır (1943 pfu). 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində olmuşdur.

Günəş küləyinin sürəti normallaşaraq 432 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi artaraq Yer orbitində 9 nT, radial istiqamətdə isə -7 nT olmuşdur.

Geomaqnit sahə son 3 sutka ərzində sakit-aktiv səviyyələr arasında olmuşdur. Hal-hazırda isə Kp indeksi 1-ə bərabərdir, geomaqnit sahə sakitdir.

Kosmik hava proqnozu - Proqnoz həftəsində (13-19 mart) Günəş fəallığının zəif olacağı gözlənilir. C sinif alışmanın baş verməsi ehtimalı 90%, M sinif 10%, X sinif isə 1%  təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin sakit və həyacanlaşmış səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin sürəti martın 14-də CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə artacağı gözlənilir.

Proqnoz dövrü ərzində geomaqnit sahənin sakit-aktiv səviyyələrdə olacağı, 14 martda isə digər müsbət qütblü CH HSS səbəbilə bir qədər aktivləşəcəyi proqnozlaşdırılır. Martın 15-də  G1 səviyyəli geomaqnit qasırğası gözlənilir. Ayın 15-dən 19-dək isə geomaqnit sahənin sakit və stabil qalacağı proqnoz edilir.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap