AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Günəşəbənzər ulduzun ətrafında iki ekzoplanet aşkar edilib

15.03.2023 /

Astronomlar təxminən 175 işıq ili uzaqlıqdakı günəşəbənzər ulduzun ətrafında fırlanan iki yeni ekzoplanet kəşf ediblər.

Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, HIP 104045 b və HIP 104045 c olaraq qeyd edilən planetlər müvafiq olaraq Yupiterin analoqu və super-Neptun kimi təsnif edilir. Bu yeni kəşf haqqında məqalə arXiv serverinə yerləşdirilib.

San-Paulo Universitetinin astronomlar qrupu Avropa Cənub Rəsədxanasının (ESO) 3,6 metrlik teleskopunda yüksək dəqiqlikli (HARPS) spektroqrafından istifadə edərək günəşəbənzər HIP 104045 ulduzunu müşahidə ediblər. “Solar Twin Planet Search” (STPS) proqramı tərəfindən aparılan müşahidələr iki nəhəng planetin kəşfinə səbəb olub.

HIP 104045 b-nin kütləsi təxminən 0,5 Yupiter kütləsidir. Planetin ulduz ətrafında dolanma dövrü 2315 gün, ulduzdan məsafəsi 3,46 astronomik vahiddir. Digər planetin kütləsi isə təxminən 0.136 Yupiterin kütləsinə bərabərdir, planetin orbital dolanma dövrü isə 316 gündür. Bu super-Neptun tipli ekzoplanetdir və ulduzdan ~0,92 astronomik vahid məsafədə yerləşir.

HIP 104045 ulduzunun kimyəvi tərkibi də Günəşinkinə çox yaxındır. Belə ki, ulduzun tərkibində odadavamlı və uçucu elementlərin miqdarı Günəşin digər əkizlərindən daha azdır. Məhz tərkibinə görə alimlər ilkin olaraq ulduzun planet sisteminin Günəş sisteminə bənzədiyini – daxili hissədə bərk səthi olan planetlər, xarici oblastda isə qaz nəhənglərinin yerləşdiyini düşünürdülər. Nəticə olaraq, ulduzun tərkibində odadavamlı elementlərin miqdarının cüzi artıqlığını, ulduzun hansısa qayalı planetin materiallarını udması ehtimalı ilə əlaqələndiriblər.

azertag.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap