AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

FRTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlərinin "Google Scholar"da bəzi elmmetrik göstəriciləri açıqlanıb

27.03.2023 /

Müasir dövrdə dünya elmində hər hansı bir tədqiqatın dəyəri və əhəmiyyəti onun istinad və Hirş indeksinin səviyyəsi əsasında müəyyən edilir. Bu səbəbdən beynəlxalq aləmdə elmi əsərlərə olunan istinadlara və yüksək indeksli jurnallarda çap olunmuş məqalələrə günü-gündən daha çox diqqət göstərilir, alimlərin müxtəlif parametrlər üzrə elmi reytinqinin tərtib edilməsinə, onların fəaliyyətinin obyektiv qiymətləndirilməsinə önəm verilir.

Azərbaycanda da son dövrlərdə müvafiq sahədə qəbul edilmiş fərman və sərəncamlardan irəli gələn vəzifələrin icrası istiqamətində ölkə elmində kompleks islahatların aparılmasına başlanılıb, elmi qurumların qarşısına dünyada gedən proseslərə adekvat olaraq, elm və təhsilin idarəolunmasına yeni hüquqi baxış kontekstində elmi fəaliyyətin səmərəsinin daha da artırılması ilə bağlı ciddi vəzifələr qoyulub.

Azərbaycan Milli Elmlər Akademiyası müvafiq sahədə dünya təcrübəsini, ölkəmizdə elm sahəsində aparılan islahatları, eyni zamanda milli maraqları nəzərə alaraq bu istiqamətdə məqsədyönlü işlər aparır. Elmi müəssisə və təşkilatlarda elmi tədqiqatların əhəmiyyətinin artırılması, kəmiyyət və keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılması, eləcə də alimlər arasında sağlam rəqabət mühitinin yaradılması ilə bağlı tədbirlər görür. AMEA rəhbərliyinin təşəbbüsü və göstərişi ilə Elm Günü ərəfəsində Fizika, Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) üzrə AMEA-nın üzvlərinin bəzi elmmetrik göstəricilərini əks etdirən reytinq cədvəllərinin hazırlanması da bu qəbildəndir.

Qeyd edək ki, cədvəllərdə FRTEB üzrə AMEA-nın üzvlərinin “Google Scholar”da Hirş indeksləri və həmin alimlərin əsərlərinə “Google Scholar”da istinadların sayı təqdim olunub. Reytinq siyahısında Akademiyanın 36 üzvünün adı yer alıb.

Tam siyahı ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

Fizika, Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə AMEA-nın üzvlərinin “Google Scholar”da Hirş indeksləri

Fizika, Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə AMEA-nın üzvlərinin əsərlərinə "Google Scholar"da istinadların sayı

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap