AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Akademik Rasim Əliquliyev: “Əşyaların İnterneti dövründə ifrat böyük verilənlərin sürətli emalı və ötürülməsi problemləri kvant texnologiyalarına xüsusi diqqətin ayrılmasını zəruri edir”

27.03.2023 /

Müasir dövrdə dünyanın aparıcı ölkələrinin strateji potensialının qiymətləndirilməsi zamanı kvant texnologiyalarının inkişaf vəziyyəti də nəzərə alınır. Fundamental elmi istiqamət olan kvant informatikasının öyrənilməsi XXI əsrin əsas çağırışlarındandır. Hazırda kvant texnologiyalarının təkmilləşdirilməsi və tətbiqi inkişaf etmiş ölkələrin qarşısında dayanan prioritet vəzifələrdən biri hesab edilir. Ölkəmizdə kvant informatikasının nəzəri əsaslarına dair elmi araşdırmalar aparılsa da, müvafiq sahədə müasir tələblərə cavab verən fundamental və tətbiqi elmi tədqiqatlara rast gəlinmir. Bu baxımdan kvant informatikası sahəsində dünya təcrübəsinin öyrənilməsi, müvafiq sahədə mövcud olan kompleks problemlərin dərindən araşdırılması son dərəcə vacibdir.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev institutun Elmi şurasının iclasında çıxışı zamanı bu fikirləri səsləndirib.

Akademik R.Əliquliyev ölkəmizdə elm və təhsil sahələrinin inkişaf etdirilməsi istiqamətində ciddi islahatların həyata keçirildiyi bir dövrdə Azərbaycan elminin prioritetləri sırasına kvant informatikası və texnologiyalarının tədqiqinin də əlavə olunması, kvant informatikası ilə bağlı bakalavr və magistr səviyyələrində yüksəkixtisaslı kadr hazırlığının təşkilinin vacib məsələlərdən olduğunu qeyd edib.

Alim Əşyaların İnterneti platformasında yaradılan kiber-fiziki sistemlərin şəbəkə infrastrukturunun keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasında kvant texnologiyalarının rolu, minimum xərclə kiber-fiziki sistemlərin şəbəkə infrastrukturunun kvant texnologiyaları əsasında təkmilləşdirilməsi yolları, kiber-fiziki sistemlərin şəbəkə infrastrukturunun potensialının artırılmasında kvant texnologiyalarının tətbiqi perspektivlərinin araşdırılmasının zəruriliyini vurğulayıb. Bildirib ki, İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri kvant hesablamaları, kvant kriptoqrafiyası və s. kimi problemlərlə, yəni kvant informatikası ilə bağlı fundamental və tətbiqi elmi tədqiqatlar aparmalı, əldə olunan elmi nailiyyətlərlə müvafiq sahənin inkişafına mühüm töhfələr verməlidirlər.

AMEA-nın vitse-prezidenti institutun Avropa Komissiyasının, Avropa üzrə elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT Assosiasiyasının kvant texnologiyaları ilə bağlı təşəbbüsləri və layihələrində iştirakının, bu istiqamətdə müvafiq beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrinin yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bu baxımdan alim və mütəxəssisləri IV Sənaye İnqilabının Big Data resurslarının bütün koordinatlar üzrə ifrat sürətlə artımına dair çağırışlarını rəhbər tutaraq, kvant informatikası ilə bağlı əsaslı tədqiqatlar aparmağa, mövcud problemlərin həlli üçün bütün imkanlarını səfərbər etməyə çağırıb.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap