AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Bing-də süni zəka əsaslı çat-bot istifadəyə veriləndən sonra Google Search istifadəçi kütləsinin 1%-ni itirib

27.03.2023 /

OpenAI şirkətinin süni zəka texnologiyalarının Microsoft-un Bing axtarış sisteminə inteqrasiya edilməsi öz növbəsində insanların sözügedən axtarış sisteminə fərqli tərzdə nəzər yetirmələrinə səbəb oldu. OpenAI ilə sıx əməkdaşlıq Microsoft-a axtarış sistemləri bazarında lider olan Google ilə rəqabət aparmağa imkan verir. Similarweb adlı analitik şirkətin məlumatına əsasən yenilənmiş Bing son zamanlarda özünə daha çox istifadəçini cəlb edir. Məlumata əsasən süni zəka əsaslı funksiyalara sahib yenilənmiş Bing-in 7 fevral tarixində istifadəyə verilməsindən sonra axtarış sisteminin istifadəçi kütləsi 15.8% yüksəlib. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu müddət ərzində Google Search-də edilən axtarışların sayı 1% azalıb.

 

Bu, hal hazırda generativ süni zəka sistemləri bazarında cərəyan edən yarışda Microsoft-un irəli gedəcəyini əks etdirən ilk sübutdur. Şirkət buna ChatGPT çat-botunun əsasında olan texnologiyanın hesabına nail olur. Beləliklə Microsoft hal hazırda 120 milyard dollar dəyərə sahib axtarış sistemləri bazarının qazanılması üçün qızğın mübarizə aparır. Google onilliklər ərzində 80%-lik bazar payı sayəsində bu bazarın lideridir. Mütəxəssislərin sözlərinə əsasən yenilənmiş Bing yaxın aylar ərzində öz istifadəçi kültəsini daha da genişləndirəcək. Google şirkəti öz axtarış sisteminə süni zəka əsaslı funksiyaların əlavə edilməsi prosesini ləngitdiyi halda Bing-in istifadəçi kütləsi daha sürətlə artmağa davam edəcək.

 

Bing artıq dünyanın bir çox istifadəçisi üçün istifadəyə verilib. Google isə özünün Bard adlı süni zəka əsaslı çat-botunu hələ məhdud sayda istifadəçi arasında aktivləşdirməyə başlayıb. Bing axtarış sistemləri bazarında 10%-dən aşağı bazar payına sahibdir. Buna görə də Bing-in bu sahədə əlavə 1-2% bazar payına sahib olması Microsoft-un bu bazarda gəlirlərinin artması mənasına gələcək. Reuters-in verdiyi məlumata əsasən Bing daxilində süni zəka əsaslı çat-botun istifadəyə verilməsindən sonra axtarış sisteminin mobil tətbiqinin yüklənmə statistikası bütün dünya üzrə 8 dəfə yüksəlib. Bununla belə analitiklər əmindirlər ki, 2000-ci illərdə axtarış servisləri bazarında Yahoo-nu lider mövqeyindən məhrum etmiş Google şirkəti son zamanlarda olan tendensiyanın öhdəsindən gələcək və lider mövqeyini qoruyub saxlayacaq.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap