AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

İngilis dili üzrə kvalifikasiya imtahanları barədə vebinara qeydiyyat başlanır

29.03.2023 /

Dövlət İmtahan Mərkəzi (DİM) və Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu kompüter əsaslı ingilis dili üzrə kvalifikasiya imtahanları barədə vebinara qeydiyyat elan edir.

 

DİM-dən AZƏRTAC-a bildirilib ki, vebinarın keçirilməsində məqsəd müxtəlif səviyyə imtahanlarını özündə cəmləyən Kembric ingilis dili kvalifikasiyalarının (A2, B1, B2, C1, C2) ölkədə tanınmasına töhfə verməkdir.

 

Kembric ingilis dili kvalifikasiyaları ingilis dilini xarici dil kimi öyrənənlər üçün müvafiq səriştələri qiymətləndirmək məqsədilə hazırlanmış bir sıra imtahanlar qrupudur. Bu kvalifikasiyalar hər yaşdan olan və istənilən səviyyədə ingilis dili bacarıqlarına malik insanları ingilis dilini öyrənməyə həvəsləndirir və gündəlik həyatda lazım olan praktiki bacarıqları inkişaf etdirir. Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu 4 istiqamət üzrə müvafiq imtahanlar təklif edir.

 

Vebinarın spikeri qurumun Ukrayna və Qafqaz üzrə biznesin inkişafı üzrə baş meneceri Darina Sizuk kompüter əsaslı Kembric ingilis dili kvalifikasiya imtahanları barədə ətraflı məlumat verəcək və iştirakçıların suallarını cavablandıracaq. Bununla yanaşı, vebinarda aşağıda qeyd olunan mövzulara toxunulacaq:

-A2, B1, B2, C1, C2 kvalifikasiyalarının fərqi;

-Bu kvalifikasiyaların üstünlükləri;

-İmtahanlara hazırlıq prosesi;

-Sertifikatın tanındığı ölkələr;

-Kembric ingilis dili imtahanlarına qeydiyyat prosesi.

 

Vebinar aprelin 14-də “Zoom” platforması vasitəsilə ingilis dilində keçiriləcək. İştirak etmək istəyən şəxslər DİM-in saytında müvafiq linkə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

 

Qeydiyyat linki aprelin 12-dək aktiv olacaq. Qeydiyyatdan keçmiş iştirakçılara vebinarın “Zoom” linki aprelin 13-də elektron poçt vasitəsilə göndəriləcək. İştirakçılar qeyd olunan gün və saatda link vasitəsilə vebinara qoşula bilərlər.

 

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri kimi Kembric ingilis dili kvalifikasiyaları ilə yanaşı, tədris kvalifikasiyası olan TKT imtahanını da təklif edir. DİM tələb əsasında Kembric ingilis dili üzrə səviyyə testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.

azertag.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap