AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Elon Musk və digər mütəxəssislər güclü süni zəka sistemlərinin hazırlanmasının təxirə salınmasına çağırışlar ediblər

29.03.2023 /

Elon Musk, Steve Wozniak və süni zəka sahəsi ilə İT sahənin 1000-ə yaxın mütəxəssisi bir neçə müddət bundan öncə təqdim edilmiş süni zəka əsaslı GPT-4 dil modelindən daha performanslı olan süni zəka sistemlərinin təlimatlandırılmasını yarım il ərzində təxirə salınmasına çağırışlar ediblər. Tərtib edilmiş açıq məktubda onlar bu cür texnologiyaların insan cəmiyyəti üçün potensial risklərə sahib olduqlarını qeyd ediblər. Tərtib edilmiş məktub Future of Life adlı qeyri-kommersiya institutu tərəfindən dərc edilib və İT sahədə fəaliyyət göstərən çoxlu sayda məşhur şəxs tərəfindən imzalanıb.

 

Həmin mütəxəssislərin hamısı süni zəka sahəsi üçün ümumi təhlükəsizlik protokolları ilə standartlarının formalaşdırılmasına kimi süni zəka sistemlərinin hazırlanmasını hələlik dayandırmağa çağırışlar ediblər. Tərtib edilmiş açıq məktubda qeyd edilib ki, insanların yalnız bu cür inkişafın müsbət nəticələrə gətirib çıxaracağından və onunla bağlı risklərin idarəsinin mümkün olduğundan əmin olduqlarından sonra güclü süni zəka sistemlərini yaratmaq olar. Bundan əlavə olaraq məktubda insanlarla eyni səviyyədə rəqabət apara bilən süni zəka sistemləri tərəfindən insan sivilizasiyası üçün ola biləcək potensial təhlükələr də qeyd edilib. Bu cür risklər öz növbəsində iqtisadi və siyasi tənəzzülə səbəb ola bilərlər.

 

Mütəxəssislər süni zəka tərtibatçılarını nizamlayıcı orqanlarla sıx şəkildə əməkdaşlıq etməyə çağırırlar. “Aparılmış tədqiqatlar onu göstərir ki, insanla rəqabət apara bilən süni zəka əsaslı sistemlər insan sivilizasiyası üçün ciddi təhlükə mənbəyi ola bilər” - deyə məktubda qeyd edilib. Bu məktub süni zəka sistemlərinin sürətlə inkişaf etmələrindən narahat olan təmsilçilərin siyahısına Avropa Birliyinin polis xidməti (Avropol) daxil olandan sonra dərc edilib. Dünən məlumat verilmişdi ki, Avropol mütəxəssislərinin fikirlərinə əsasən kibercinayətkarlar dələduzluq sxemlərinin və kiberhücumların təşkil edilməsində ChatGPT çat-botunun imkanlarından faydalana bilərlər.

 

Qeyd etmək lazımdır ki, OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botunu istifadəyə verəndən sonra İT sahəsindəki şirkətlərin çoxu eynilə müxtəlif süni zəka sistemlərinin hazırlanmasına start verdilər. Nəticədə şirkətlərin çoxu tez bir zamanda generativ süni zəka sistemlərini öz məhsullarına inteqrasiya etməyə başladılar. Future of Life adlı institutun təmsilçilərinin verdikləri məlumata əsasən OpenAI şirkətinin rəhbəri olan Sam Altman tərtib edilmiş məktubu imzalamayıb. OpenAI isə bu barədə heç bir rəy bildirməyib. 

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap