AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

UNEC-də professor Lütfi Zadənin elmi irsinə həsr olunan beynəlxalq elmi seminar keçirilib

30.03.2023 /

UNEC-də Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, dünya şöhrətli alim, professor Lütfi Zadənin elmi irsinə həsr olunan beynəlxalq elmi seminar keçirilib.

 

Seminarın açılışında çıxış edən elm üzrə prorektor professor Sakit Yaqubov tədbirin əhəmiyyətindən danışıb.

 

Sonra Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının müdiri, akademik Əli Abbasov və kafedranın professoru Şahnaz Şahbazova Lütfi Zadənin həyatı və elmi fəaliyyəti haqqında məruzə ilə çıxış ediblər.

 

Beynəlxalq elmi seminara onlay qoşulan Polşa Elmlər Akademiyasının Sistemlərin Tədqiqatı İnstitutunun professoru Yanuş Kacprjik, Meksikanın Tijuana Texnologiyalar İnstitutunun professoru Oskar Kastilyo, Rusiya Elmlər Akademiyasının professoru Vadim Stefanyuk, Rumıniyanın Aurel Vlaicu Universitetinin professorları Valentina Emilia Balas və Marius M. Balas mövzu ətrafında təqdimatla çıxış ediblər.

 

Məruzəçilər “Lütfi Zadənin elmi irsi: riyaziyyatın inkişafı, sistemlər nəzəriyyəsi, qərar qəbuletmə, nəzarət”, “Sözlərlə hesablamalar Zadənin irslərindən biri kimi: zəngin tarix və parlaq gələcək”, “Qeyri-səlis Tip-3 Sistemi Tip-1 Tip-2-nin təbii təkamülü kimi”, “Keyfiyyət imformasiyasının istifadəsi ilə qarşılıqlı əlaqə”, “Lütfi Zadə və onun rumıniyalı dostları”, “Yol hərəkətinə nəzarətdə məkan və zaman” adlı məruzələrini seminar iştirakçılarına təqdim ediblər.

 

Xarici və yerli alimlərin qatıldığı seminar Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi, UNEC Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzi və Rəqəmsal İqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə keçirilib.

news.unec.edu.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap