AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

NASA Marsın yeni tədqiqat strategiyasını təqdim edib

03.04.2023 /

NASA Marsın uzunmüddətli robotlaşdırılmış araşdırma layihəsinin planını təqdim edib. NASA-nın təqdim etmiş olduğu layihə planında əsas diqqət nisbətən aşağı büdcəli missiyalara və özəl şirkətlərlə əməkdaşlığa ayrılıb. Mars tədqiqatları proqramının direktoru Eric Ianson Mars missiyalarının tez-tez reallaşdırılmasını nəzərdə tutan yeni strategiyanın əsas faktorlarını bu həftə təqdim edib. “Biz, Mars süxur nümunələrinin Yer kürəsinə geri qaytarılması kimi diqqət çəkəcək daha nələri edə biləcəyimizi anlamaq üçün növbəti 20 ilə nəzər salmaq istəyirik. Biz bunu daha aşağı xərclər və müntəzəm Mars missiyaları vasitəsilə reallaşdırmağı təklif edirik” - deyə Eric Ianson qeyd edib.

 

NASA-nın yeni strategiyası “Exploring Mars Together” adını əldə edib. O, NASA-da “dayanıqlı Mars missiyaları seriyası” adlandırılan şəraitin formalaşdırılmasını təklif edir. Yeni strategiyanın reallaşdırılması bu onilliyin sonunda Mars süxur nümunələrinin Yer kürəsinə çatdırılması missiyasının başlayacağı vaxt üçün nəzərdə tutulub. Hal hazırda NASA hələ ki,  Marsın bir ədəd robotlaşdırılmış tədqiqat missiyasını planlaşdırır. Söhbət, planetin maqnitosferini incələmək üçün nəzərdə tutulmuş layihədən gedir. Sözügedən layihə “Escape and Plasma Acceleration and Dynamics Explorers” adını əldə edib və onun reallaşdırılması 2024-cü ilin sonuna planlaşdırılıb.

 

Güman olunur ki, buna bənzər hər bir Mars missiyasının dəyəri 100-300 milyon dollar təşkil edəcək. Bundan əlavə olaraq NASA orta səviyyəli missiyaların reallaşdırılmasını da dəstəkləyəcək. Buna misal olaraq dəyəri 1 milyard dollar olan robotlaşdırılmış eniş modulunun işə salınmasından gedir. Bu layihə “Mars Life Explorer” adlanır. NASA Marsda uzaq keçmişdə potensial olaraq mövcud ola bilmiş həyat növünün izlərini axtarmağa və planetin iqlim ilə geoloji vəziyyətlərini araşdırmağa davam edəcək. Bu məsələlərdə kosmik agentlik beynəlxalq partnyorlar və özəl şirkətlərlə əməkdaşlıq etməyi planlaşdırır.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap