AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

03.04.2023 /

Kosmik hava durumu –  hesabat dövrü ərzində maksimum alışma 3256 (S22W74) oblastında  baş vermiş X 1.27 sinifli alışma olmuşdur. Günəşin səthində ləkələrin sayı azalmışdır. Hal-hazırda 4 aktiv ləkə qrupu müşahidə olunur,  aktiv ləkələrin sayı 57-dir. Bu period ərzində 4 qismən Yerə istiqamətlənmiş və 1 aprel tarixində 1 birbaşa Yerə istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınmışdır.  27 mart tarixinədək müşahidə olunan böyük tac dəliyi artıq görünmür.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli pik səviyyədə (max: 3867 pfu) olmuşdur, 10 MeV-dən çox enerjili proton seli bir qədər həyəcanlaşmışdır.

Hesabat dövründə Günəş küləyi 731 km/s-yə qədər sürətlənmişdir. Hal-hazırda isə Günəş küləyinin sürəti  Yer orbitində 461.5 km/san-dir. Planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 5.9 nT, radial istiqamətdə isə 2.44 nT təşkil edir.

Geomaqnit sahənin aktivliyi artaraq 30-31 mart tarixlərində zəif (G1) geomaqnit qasırğası baş vermişdir.  Hal-hazırda geomaqnit sahə sakitdir (2Kp).

Kosmik hava proqnozu - Proqnoz günlərində Günəş fəallığının stabil olacağı gözlənilir.  C sinif alışmanın baş vermə ehtimalı 25%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 1%, X (R3)  sinif isə 1% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin 3-5 aprel tarixlərində yüksək səviyyələrə çatacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə 5 aprelə kimi fon səviyyəsində qalacağı gözlənilir.  S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 1% təşkil edir.

Günəş küləyi sürətinin bir neçə mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən artacağı gözlənilir.

Geomaqnit sahəsinin  3-5  və 10-11 aprel tarixlərində aktiv olacağı gözlənilir. Növbəti həftə üçün  maqnit qasırğası proqnozlaşdırılmır.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap