AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AzMİU-da Karyera sərgisi keçirilib

07.04.2023 /
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbə və məzunlar üçün Karyera sərgisi keçirilib. Məşğulluğun artırılması məqsədilə keçirilən sərgidə universitetin əməkdaşlıq etdiyi 80-ə yaxın dövlət qurumu və özəl şirkət ümumilikdə 200-dən çox vakansiya və təcrübə proqramı ilə sərgiyə qatılıb.    
 
 
Universitetin İdman Kompleksində keçirilən sərgidə iştirakçı qurumlar tərəfindən AzMİU tələbə və məzunlarına ixtisasları üzrə məşğulluq, iş və təcrübə imkanları təklif edilib. 
 
 
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək sərgi iştirakçılarını salamlayıb və azad olunmuş ərazilərimizdə aparılan tikinti-quruculuq işləri fonunda AzMİU-nun artan vəzifə öhdəliyinə diqqət çəkib. Rektor qeyd edib ki, əsasən memarlıq, inşaat, mühəndislik və bu istiqamətlərlə əlaqəli sahələr üzrə kadr hazırlığı həyata keçirən universitetin əsas missiyası ölkəmizin sözügedən sahələrdə kadr potensialını gücləndirmək, həmçinin formalaşan gənc mütəxəssislərlə istehsalat müəssisələri arasında körpü yaratmaqdan ibarətdir. Karyera sərgisinin bu istiqamətdə böyük üstünlük olduğunu deyən professor Gülçöhrə Məmmədova tələbə və məzunlara, eləcə də sərgidə iştirak edən qurumlara uğurlar arzulayıb.
 
 
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə publik hüquqi şəxsin icraçı direktoru Növrəs Cəfərov və Türkiyənin "ProYapı" Mühəndislik və Müşavirlik şirkətinin idarə heyətinin rəhbəri Akif Aygen də çıxış edərək tələbə və məzunlara uğurlar arzulayıblar. Çıxışçılar qeyd ediblər ki, AzMİU ölkəmizin tikinti sektoru üçün kadr hazırlığında aparıcı ali təhsil müəssisəsidir və qurumlar üçün universitetlə əməkdaşlıq, məzunların işə cəlb olunması böyük əhəmiyyət kəsb edir.
 
 
Sərgidə SOCAR, “Azərgold”, “Azərsu” ASC, “Zaferoğlu İnşaat” MMC, “Embawood” MMC, “Holcim”, Mətanət-A şirkəti, Kapital Bank, Bank of Baku, Beynəlxalq Bank, Metak şirkəti, “Təmiz Şəhər” ASC, “Azercell”, eləcə də digər dövlət qurumları və özəl şirkətlərdə vakant iş yerləri sərgiyə çıxarılıb.
 
 
Ümumilikdə 1500-dən çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında ətraflı məlumat veriblər, iş axtarışında olan gənclər şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət qurub və özlərinə uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.
 
 
Karyera sərgisində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutununu Gənc alim və Mütəxəssislər şurasının sədri Lamiyə Nəcəfova və şura katibi Rayihə Niyazova təmsil etmişlər. 
 
https://azmiu.edu.az/az/news/3100
Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap