AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər Yer kürəsi ölçüsündə olan ekzoplanetdən təkrarlanan radiosiqnal əldə ediblər

06.04.2023 /

Alimlər kosmosdan gəlmiş və daimi şəkildə təkrarlanan radiosiqnalı aşkar edərək onun mənbəyini təyin ediblər. Məlum olub ki, radiosiqnal Yer kürəsi ölçüsündə olan və sərt səthə sahib ekzoplanetdən gəlir. Lakin radiosiqnal böyük ehtimal ilə yadplanetli sivilizasiya tərəfindən göndərilməyib. Aşkar edilmiş bu radiosiqnalın digər maraqlı tərəfi var. Məsələ burasındadır ki, o, ekzoplanetin maqnit sahəsinə sahib ola biləcəyinə işarə edir. Maqnit sahəsi isə atmosferin qorunması və planetdə həyat növünün formalaşması üçün vacib olan faktorlardan biridir.

 

İndiyənə kimi Yer kürəsi ölçüsündə olan planetlərin heç birində maqnit sahəsinin mövcudluğu müşahidə edilməyib. YZ Ceti b adlı planet bu məsələdə bir ilk olub. Balina bürcündə yerləşən YZ Ceti adlı ulduz sistemində olan YZ Ceti b adlı planetdən gəlmiş radiosiqnal planetin orbit periodu ilə bir qədər üst-üstə düşmür. Lakin bunun da izahı var. Məsələn ekzoplanetin maqnit sahəsi bir qədər əyilməyə sahib ola bilər. Bu isə radiosiqnalın təkrarlanma perioduna təsir göstərə bilər.

 

YZ Ceti b ekzoplaneti öz ulduzu ətrafında tam dövrü 2 günə reallaşdırır. Bu isə o deməkdir ki, ekzoplanet öz ulduzuna çox yaxın yerləşir. Lakin həmin ulduz bizim Günəş kimi parlaq və yüksək temperaturlu deyil. Bununla belə ekzoplanetin onun ətrafında tam dövrü 2 günə reallaşdırması o deməkdir ki, ekzoplanet ona çox yaxın zonada yerləşir. Bu isə o deməkdir ki, planetin səthində su maye formasında mövcud ola bilməz. Burdan da belə qənaətə gəlmək olar ki, onun səthində bioloji həyhat növünün formalaşması üçün münbit şərait böyük ehtimal ilə mövcud deyil. 

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap