AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Google öz axtarış sisteminə süni zəka əsaslı çat-botu inteqrasiya edəcək

07.04.2023 /

Microsoft-un ardınca Google şirkəti öz axtarış sisteminə süni zəka əsaslı funksiyaları əlavə etməyi planlaşdırır. Bu barədə məlumatı şirkətin CEO-su Sundar Pichai verib. Jurnalistlərlə müsahibə zamanı Sundar Pichai bildirib ki, süni zəka sahəsində nailiyyətlər Google axtarış sisteminin bir çox suallara cavab vermək məsələsində imkanlarını genişləndirəcək. Bununla yanaşı Pichai süni zəka əsaslı çat-botların Google şirkətinin biznesinə qarşı hansısa təhlükələrə sahib olduqları fikrini tamamilə təkzib edib. Google böyük dil modelləri (large language models / LLM) hazırlayanlar arasında artıq uzun zamandır ki, lider şirkətlərdən biridir.

 

Google şirkətinin Bard, OpenAI şirkətinin isə ChatGPT kimi çat-botları məhz bu böyük dil modelləri əsasında qurulur. Bununla belə Google süni zəka texnologiyalarını öz məhsullarına inteqrasiya etməyə tələsmir. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər. “İnsanlar Google axtarış sisteminə suallar verib axtarış sorğusu kontekstində LLM ilə qarşılıqlı əlaqədə ola biləcəklərmi? Təbii ki” - deyə Sundar Pichai qeyd edib. Microsoft süni zəkla əsaslı çat-botu özünün Bing axtarış sisteminə inteqrasiya edəndən sonra onun istifadəçilər arasında məşhurluğu yüksək sürətlə artmağa başladı.

 

Bu səbəbdən də Google son illərdə öz əsas biznesi üçün ən böyük təhlükələrdən biri ilə qarşılaşıb. Bundan əlavə olaraq şirkət investorlar tərəfindən artan təzyiqi də hiss edir. İnvestorlar inflyasiyanın yüksəlməsi səbəbilə şirkətdən xərclərin aşağı salınmasını tələb edirlər. Pichai-nin jurnalistlərə vermiş olduğu müsahibədən ümumilikdə belə qənaətə gəlmək olar ki, Google Microsoft kimi öz axtarış sisteminə süni zəka əsaslı çat-botu inteqrasiya etməyi planlaşdırır. Pichai bildirib ki, hal hazırda şirkət daxilində süni zəka əsaslı bir neçə məhsulun testi aparılır.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap