AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

10.04.2023 /

Kosmik hava durumu - Hesabat dövrü ərzində 3272 oblastında  M 3.01 və M 2.77 sinifli iki alışma baş vermişdir. M sinif alışma səbəbli radiosiqnalların ötürülməsində R1 səviyyəli fasilə yaranmışdır. Günəşin səthində ləkələrin sayı azalmışdır. Hal-hazırda 2 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 52-dir. Aprelin 9-da baş vermiş CME-lərin  (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) Yerə istiqamətlənməsi təhlil olunur.  Həftə ərzində orta ölçülü tac dəliyi qeyd olunsa da, hal-hazırda Günəşin səthində tac dəliyi müşahidə olunmur.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə Enerjisi 2 MeV-dən çox olan elektron seli pik səviyyədə (max: 4252 pfu) olmuşdur, 10 MeV-dən çox enerjili proton seli  isə həftə ərzində fon səviyyəsinə yaxın olmuşdur.

Hesabat dövründə Günəş küləyinin sürəti  436-534 km/s  aralığında dəyişmişdir. Hal-hazırda Günəş küləyi sürətinin parametrləri normaldır (328km/s), planetlərarası maqnit sahəsinin qiyməti  isə artaraq Yer orbitində 10.47 nT, radial istiqamətdə isə   -7.58 nT-yə çatmışdır.

Geomaqnit sahəsi sakit-aktiv fazalarda olmuşdur və hal-hazırda isə qeyri-sabitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (10-16 aprel) C sinif alışmanın baş vermə ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3)  sinif isə 1% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin 10-11 aprel tarixlərində yüksək səviyyələrə çatacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə proqnoz dövründə fon səviyyəsində qalacağı ehtimal olunur.  S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 1% təşkil edir.

Günəş küləyi sürətinin müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) və  7 apreldə baş vermiş CME-nin təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsinin də müsbət qütblü CH HSS və CME-nin təsiri nəticəsində 10-12 aprel tarixlərində aktivləşəcəyi, həmçinin 16-18 apreldə də geomaqnit sahəsinin aktivliyinin 4 Kp-yə kimi yüksələcəyi proqnozlaşdırılır.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap