AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Microsoft Edge brauzerinin istifadəçi məlumatlarını Bing-ə ötürdüyü məlum olub

27.04.2023 /

Keçən həftə Microsoft Edge brauzerində konfidensiallıq ilə bağlı problemlər barəsində mesajlar Reddit platformasında ortaya çıxmağa başladı. Belə ki, istifadəçilər aşkar ediblər ki, Microsoft Edge brauzerinin son versiyası Bing API-ya sorğular göndərir və göndərilən sorğularda istifadəçilərin daxil olduqları bütün veb səhifələrin ünvanları qeyd edilib. İstifadəçilər bu funksiyanın məqsədini təyin etməyə çalışıblar. Lakin məsələ burasındadır ki, Bing API-dan bu cür istifadə sənədləşdirilmədiyi üçün funksiyanın məqsədini təyin etmək mümkün olmayıb.

 

Rafael Rivera adlı tərtibatçı bu məsələ ilə bağlı öz analizini aparıb və belə qənaətə gəlib ki, Edge brauzerinin bu cür davranışı onun yeni versiyasında funksiyanın lazımi səviyyədə reallaşdırılmaması ilə bağlıdır. “Microsoft Edge özündə müəlliflərə abunəlik funksiyasını birləşdirir və bu funksiya standart şəkildə aktivdir. Görünür, brauzer istifadəçinin Youtube, The Verge və Reddit kimi saytlarda olduğu zaman bu barədə bildirişi Bing-ə göndərir. Çox güman ki, bu funksiya baş çəkilmiş bütün veb səhifələrin siyahısını Bing-ə ötürməklə düzgün şəkildə çalışmadığını sərgiləyir” - deyə tərtibatçı qeyd edib.

 

Qeyd etmək lazımdır ki, Microsoft öz brauzerində müəlliflərə abunəlik funksiyasını keçən il test etməyə başlamışdı. Bir neçə müddət bundan öncə isə funksiyanın testi daha çox istifadəçini əhatə etməyə başladı. Gözləntilərə əsasən Edge istifadəçiləri Youtube və digər platformalarda abunə olduqları müəllifləri bu funksiya vasitəsilə daha rahat şəkildə izləyə biləcəklər. Məlumatda qeyd edilib ki, sözügedən funksiyanın brauzer ayarlarında deaktiv edilməsi halında Edge baş çəkilmiş veb səhifələr barəsində məlumatları Bing-ə ötürmür.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap