AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Alimlər CO2 qazının qida məhsullarına çevrilməsi üsulunu təklif ediblər

04.05.2023 /

Münhen Texniki Universitetinin alimləri CO2 qazının daha bir təkrar emal üsulunu fikirləşiblər. Belə ki, alimlər CO2 qazından qida zülalının yaradılmasını təklif ediblər. Alimlərin fikirlərinə əsasən bu üsul ilə insanları qida məhsulları ilə təmin etmək mümkün olacaq. Kənd təsərrüfatı heyvanlarının yemlərində və eləcə də insanların qidalarında istifadə edilən süni zülalın istehsalı üçün bəzi amin turşularına ehtiyac duyulur. Alman alimlər L-alanin adlı amin turşusunun sintezi üçün nəzərdə tutulmuş biokimyəvi reaksiyanı fikirləşiblər. Onlar həmçinin digər amin turşularının sintezləri üçün nəzərdə tutulmuş kimyəvi reaksiyaları da formalaşdırmağı hədəfləyiblər.

 

Nəticədə alimlər CO2 qazı vasitəsilə zülalları sintez edə biləcəklər. L-alanin adlı amin turşusunun sintezi üçün olan biokimyəvi reaksiyanın əsasında metanol dayanır. Lakin söhbət, adi metanoldan getmir. Bu cür biokimyəvi reaksiyada bərpa edilən enerji mənbələri vasitəsilə CO2-dən əldə edilmiş “yaşıl” metanol istifadə edilir. Proses çərçivəsində metanol sadəcə aralıq məhsul kimi istifadə edilir. Belə ki, CO2 qazından birbaşa amin turşusunu sintez etmək mümkün deyil. CO2-dən metanolun əldə edilməsindən sonra alimlər sintetik fermentlərdən istifadə edərək metanol vasitəsilə bir neçə kimyəvi reaksiyanı işə salırlar.

 

Nəticədə qida zülalının sintezi üçün yararlı olan amin turşuisu əldə edilir. Əldə edilmiş amin turşusunun təbii şəkildə sintezi üçün isə torpaq, insanlar və uzun müddət ərzində becərmə bacarıqları lazımdır. Məlumatda qeyd edilib ki, amin turşularının və zülalların sintetik şəkildə istehsal prosesləri çərçivəsində bərpa edilən enerji mənbələrindən istifadə halında ətraf mühitə heç bir zərər yetirilmir. Alimlər tərəfindən təklif olunan bu həll üsulu Yer kürəsinin çoxalmaqda olan əhalisi ilə istehsal edilən qida məhsulları arasında problemi aradan qaldırmağa yardımçı ola bilər.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap