AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Öz ulduzu ətrafında yaşayış zonası üzrə dövr edən iki yeni ekzoplanet kəşf edilib

16.05.2023 /

Astronomlar Günəş sistemindən 137 işıq ili uzaqlığında yerləşən iki ədəd ekzoplanet kəşf ediblər. Kəşf edilmiş ekzoplanetlər Super Yer sinifinə (kütləsi Yer kürəsinin kütləsindən böyük, Neptunun kütləsindən isə kiçik olan planetlər) daxildirlər. Sözügedən ekzoplanetlər TOI-2095 adlı qırmızı cırtdan (parlaqlığı Günəşin parlaqlığından daha aşağı səviyyədə olan ulduz növü) ətrafında dövr edirlər. Yeni ekzoplanetlərdən hər biri Yer kürəsindən bir qədər böyükdür. Onlar NASA-ya məxsus olan TESS (Transiting Exoplanet Survey Satellite) adlı kosmik teleskop tərəfindən kəşf ediliblər. Teleskop TIO-2095 adlı ulduzu müşahidə edən zaman onun diskində qaralmalar qeydə alınıb. Həmin qaralmaların analizləri nəticəsində güman edilir ki, onlar ekzoplanetlərin ulduz ətrafında dövr etmələri nəticəsində əmələ gəlirlər.

 

Sözügedən ulduz sistemində ekzoplanetlərin mövcud olmalarına işarə edən digər sübutlar da mövcud olub. Qırmızı cırtdanlar kainatda ən geniş yayılmış ulduz növləridir. Onların temperaturları Günəşin temperaturundan aşağı olsalar da, öz həyat dövrlərinin erkən mərhələlərində ultrabənövşəyi və rentgen diapazonlarında periodik güclü şüalanmalar ilə seçilirlər. Bu cür şüalanmanın radiasiyası yaxınlıqda yerləşən planetin atmosferini yox edə bilər. Buna görə də alimlər yeni kəşf edilmiş ekzoplanetlərin ulduz ətradfında hətta yaşayış zonası (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) üzrə dövr etmələrinə baxmayaraq onların həyat üçün münbit şəraitə sahib olmalarına əmin deyillər. Lakin buna baxmayaraq onlar sözügedən yeni ekzoplanetləri müşahidə etməyə davam edəcəklər.

 

Qeyd etmək lazımdır ki, yeni ekzoplanetlər TOI-2095 b və TOI-2095 c adlarını əldə ediblər. TOI-2095 b ilə öz ulduzu arasındakı məsafə Yer kürəsi ilə Günəş arasındakı məsafənin 1/10 hissəsinə bərabərdir. Sözügedən ekzoplanetin diametri Yer kürəsinin diametrindən 1.39 dəfə böyükdür. Onun kütləsi isə bizim planetin kültəsindən 4.1 dəfə yüksəkdir. O öz ulduzu ətrafında tam dövrü 17.7 sutkaya reallaşdırır. TOI-2095 c-yə gəldikdə isə o öz ulduzundan bir qədər uzaqda yerləşir. Onun diametri Yer kürəsinin diametrindən 1.33 dəfə böyükdür. Kütləsi isə bizim planetin kütləsindən 7.5 dəfə yüksəkdir. TOI-2095 c öz ulduzu ətrafında tam dövrü 28.2 sutkaya reallaşdırır. Güman olunur ki, onun səthindəki temperatur 24 dərəcə Selsidən 74 dərəcə Selsiyə qədər təşkil edir. 

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap