AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

16.05.2023 /

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin aktivliyi əvvəlki tempdə davam edərək, 3 C sinifli və 3 M sinifli alışma baş vermişdir. Maksimum sinifli alışma 3296 (N15W37) oblastında baş vermiş M 6.2 sinifli alışma olmuşdur. Bu alışmalar nəticəsində R1-R2 səviyyəli radiosiqnalların kəsilməsi və II-IV tip radioemissiya və 10 sm-lik radioalışmalar (radioburst) qeydə alınmışdır. Hazırda Günəşin səthində 7 ləkə qrupu və 109 ləkə var.  Hesabat dövrü ərzində qismən  Yerə istiqamətlənmiş 5 CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınmışdır. 

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli həftə ərzində orta səviyyədə olmuş, 10 MeV-dən çox enerji yüklü proton seli isə həftə ərzində yüksəlmişdir.  8-11 mayda S1 səviyyəli radiasiya qasırğaları baş vermişdir (maksimum: 83 pfu).

Hesabat dövründə Günəş küləyi sürətini saxlayaraq ~550 km/san  ətrafında olmuşdur. Planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 20 nT,  radial istiqamətdə isə  -14 nT-yə kimi artmışdır. Hal-hazırda planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 6.47 nT,  radial istiqamətdə isə 2.24 nT təşkil edir.

Hesabat dövründə mayın 7-də və 9-da baş vermiş  Tac Kütlə Atılmalarının təsiri ilə hesabat dövrü ərzində geomaqnit sahəsi aktiv olmuş və həftə ərzində ardıcıl olaraq G1 səviyyəli qasırğalar qeydə alınmışdır. Hal-hazırda geomaqnit sahəsi sakitdir (1 Kp).

Kosmik hava proqnozu – Proqnoz günlərində (15-21 may) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 15%, X (R3)  sinif isə 1% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin normal və orta səviyyədə, enerjisi 10 MeV-dən çox olan proton selinin proqnoz dövründə 16 may tarixinə kimi fon səviyyəsində qalacağı, sonra isə Tac Kütlə Atılmalarının təsiri ilə yüksələ biləcəyi gözlənilir. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 1% təşkil edir.

Günəş küləyinin sürətinin normala dönəcəyi, 12 mayda baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə 16 maydan başlayaraq yenidən sürətlənəcəyi proqnozlaşdırılır.

Geomaqnit sahəsinin 16 maydan başlayaraq proqnoz dövrünün sonunadək qeyri-stabil olacağı proqnozlaşdırılır.

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap