AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Daimi şəkildə deformasiyaya məruz qalan Yer kürəsi ölçüsündə yeni ekzoplanet kəşf edilib

19.05.2023 /

Günəş sistemindən 90 işıq ili uzaqlığında Yer kürəsi ölçüsündə yeni ekzoplanet kəşf edilib. Kəşf edilmiş yeni ekzoplanet LP 791-18d adını əldə edib və o, Krater bürcündə yerləşir. Ekzoplanetin orbitini müşahidə edən zaman alimlər təyin ediblər ki, LP 791-18d Yer kürəsindən sadəcə bir qədər böyük və daha kütləlidir. Bununla belə onun bir tərəfi həmişə öz ulduzuna tərəf istiqamətlənib. Planetin həmişə öz ulduzuna tərəf istiqamətlənmiş hissəsində temperatur yüksək göstəricidədir.

 

Buna görə də çətin ki, həmin hissədə su maye şəklində mövcud ola bilsin. Lakin ekzoplanetin yüksək vulkanik aktivliyə sahib olması onda atmosferin olmasına səbəb ola bilər. Bunun sayəsində su planetin həmişə qaranlıq qalan tərəfində buxar halından maye və ya bərk hala keçid edə bilər. LP 791-18d qırmızı cırtdan (parlaqlığı Günəşin parlaqlığından daha aşağı səviyyədə olan ulduz növü) ətrafında dövr edir və o, yaşayış zonasının (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) daxili kənar hissəsində yerləşir. LP 791-18d-nin kəşf edilməsindən öncə alimlər həmin ulduz sistemində daha bir planetin mövcud olmasından xəbərdar idilər.

 

Söhbət, LP 791-18c adlı planetdən gedir. O, ölçü baxımından daha böyük və yüksək kütləlidir. Daha böyük ölçüyə və kütləyə sahib LP 791-18c planeti LP 791-18d-nin yanından yaxın məsafədə keçən zaman LP 791-18d-yə qravitasiya təsiri göstərir. Bu səbəbdən də LP 791-18d-nin orbiti ellips formasındadır. Qravitasiya təsiri həmçinin LP 791-18d-ni müəyyən səviyyədə deformasiya edir. Bu səbəbdən də onun səthində yüksək vulkanik aktivlik mövcuddur. Buna bənzər proses həmçinin Yupiterin İo adlı peykində də baş verir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap