AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

NASA mütəxəssisləri məlumatları kosmosdan Yer kürəsinə rekord sürətdə ötürə biliblər

05.06.2023 /

NASA-nın Massaçusets Texnologiya İnstitutunun və digər təhsil müəssisələrinin mütəxəssisləri lazer vasitəsilə məlumatların ötürülməsi sürətində yeni rekorda imza atıblar. Onlar 1 il bundan öncə əldə etmiş olduqları nailiyyəti iki dəfə yaxşılaşdıra biliblər. Aparılmış təcrübə çərçivəsində mütəxəssislər məlumatların ötürülməsi üçün Yer kürəsinin səthindən 530 km yüksəklikdə yerləşən PTD-3 adlı peyk daxilində olan TeraByte InfraRed Delivery (TBIRB) sistemindən istifadə ediblər. Keçən ilin iyun ayında aparılmış təcrübə çərçivəsində mütəxəssislər məlumatları kosmosdan saniyədə 100 Gbit-dən yüksək sürətdə əldə edə bilmişdilər.

 

Aprel ayının sonunda reallaşdırılmış təcrübə çərçivəsində əldə edilmiş sürət isə saniyədə 200 Gbit təşkil edib. Başqa sözlə desək, peyk bu sürətlə 2 TB həcmində məlumatı Yer kürəsinə 1 saniyə ərzində ötürə bilir. Peyklər üçün yüksək sürətli lazer interneti hələ mövcud deyil. Buna görə də kosmik agentliklər və kommersiya məqsədli peyklərin operatorları kosmosdakı obyektlərlə əlaqə üçün radio şəbəkəsindən istifadə edirlər. Bununla belə lazer şəbəkəsinin istifadə etdiyi infraqırmızı işıq radio dalğalardan fərqli olaraq daha yüksək tezliyə sahibdir. Bu isə öz növbəsində məlumatların yüksək sürətlə ötürülməsinə imkan verir.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap