AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Azərbaycan Elm Fondu ilə TÜBİTAK arasında əməkdaşlığa dair protokol imzalanıb

06.06.2023 /

Azərbaycan Elm Fondunda (AEF) Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti professor Hasan Mandalla görüş keçirilib.

Bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd TÜBİTAK ilə AEF arasında birgə layihələrin təşkil edilməsi, gənc tədqiqatçılar üçün imkanların yaradılması və kadr mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması olub.

Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova ölkəmizdə elmin və təhsilin inkişafı sahəsində həyata keçirilən dövlət proqramları və layihələr, dünyanın bir çox elmi mərkəzləri ilə qurulan sıx əlaqələr barədə məlumat verib. AEF-in fəaliyyət istiqamətlərindən danışan M.İmanova Fondun ölkədə elmin müxtəlif sahələrində aparılan elmi araşdırmaların səmərəliliyinin artırılması, elmi tədqiqatların stimullaşdırılmasının təmin edilməsi, o cümlədən bu sahədə dövlət dəstəyinin və dövlət idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə dəstək verdiyini diqqətə çatdırıb.

M.İmanova 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin ölkə səviyyəsində qeyd olunduğunu xatırladıb, rəhbərlik etdiyi Fondun Ulu Öndərin yubileyinə həsr olunmuş Əsas Qrant Müsabiqəsini elan etdiyini qonaqların diqqətinə çatdırıb.

Daha sonra çıxış edən professor Hasan Mandal iki qurum arasında təcrübə mübadiləsinin möhkəmləndirilməsinin zəruriliyindən danışıb. TÜBİTAK-ın prezidenti əməkdaşlıq çərçivəsində birgə elmi-tədqiqat, eksperimental-konstruktor və innovasiya layihələrinin maliyyələşdirilməsinə dəstək verməyə hazır olduqlarını qeyd edib.

Görüşdə iki qurum arasında birgə tədqiqatlara dair icra olunacaq müştərək layihələr, prioritet istiqamətlər, maliyyə resursları və digər məsələlər ətrafında müzakirələr aparılıb. Müzakirələrdə TÜBİTAK-ın AEF-lə birgə gənclər üçün qrant müsabiqəsinin elan olunması məsələsinə də diqqət ayrılıb.

Sonda elm, texnologiya və innovasiyalar üzrə əməkdaşlığa dair protokol imzalanıb.

İmzalanmış protokol çərçivəsində AEF ilə TÜBİTAK arasında fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli müsabiqələrin həyata keçirilməsi planlaşdırılır. Azərbaycanla Türkiyə arasında icra olunacaq beynəlxalq qrant müsabiqələrin məqsədi iki ölkədən olan alim və tədqiqatçıların təqdim etdiyi birgə elmi-tədqiqat layihələrinin AEF və TÜBİTAK-ın birgə qrantları vasitəsilə dəstəklənməsi, bu tədqiqatların iqtisadiyyatda tətbiqinə şərait yaradılması, yeni əməkdaşlıq imkanlarının açılması, elmi təcrübə və bacarıqların mübadiləsi, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə edilməsidir.

azertag.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap