AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

Avropa Parlamenti süni zəka ilə bağlı yeni qanun layihəsini qəbul edib

16.06.2023 /

Avropa Parlamenti süni zəka ilə bağlı qanunu qəbul edib. Qəbul edilmiş bu qanun üz tanınması üçün süni zəka əsaslı proqram təminatlarının istifadəsini məhdudlaşdıracaq. Bununla yanaşı qanun ChatGPT çat-botu kimi süni zəka sistemlərinin tərtibatçılarından bu cür sistemlərin yaradılması zamanı istifadə edilən məlumatlar barəsində daha çox informasiyanın təqdim edilməsini tələb edəcək. Gözləntilərə əsasən sözügedən qanunun yekun versiyası bu ilin sonuna kimi qəbul ediləcək. Yeni qanun ətrafında əsas müzakirə mövzularından biri də üz tanıma sistemlərinin istifadəsi olub. Avropa Parlamenti real zaman ərzində bu cür sistemlərin istifadəsinin qadağan olunmasının lehinə səs verib. Lakin bu mövzuda milli təhlükəsizlik və digər hüquq-mühafizə məqsədləri üçün istisnaların edilməsi barəsində suallar yaranıb.

 

Yeni qanunun bir hissəsi həmçinin süni zəka üçün məlumatlar bazasının yaradılması məqsədilə böyük şirkətlərə sosial şəbəkələrdən insanların biometrik məlumatlarının yığılmasını da qadağan edir. Avropa Parlamenti üstəlik hüquq-mühafizə orqanlarına və sərhəd xidmətlərinə iş yerlərində və o cümlədən təhsil müəssisələrində emosiyaların təyini texnologiyalarından istifadəni qadağan edib. Böyük riskə sahib süni zəka sistemlərinin təsnifatı genişləndirilib. Siyahıya Avropa Parlamentinin fikrincə sağlamlığa, təhlükəsizliyə, əsas hüquqlara və sosial mühitə ciddi zərər yetirə biləcək və o cümlədən seçicilər ilə seçki nəticələrinə təsir göstərə biləcək süni zəka sistemləri daxil edilib. Kontent məsləhəti alqoritmlərindən istifadə edən böyük sosial şəbəkə platformaları da böyük riskə sahib sistemlər siyahısına daxil edilib.

 

Ada Lavleys İnstitutunun direktorunun vəzifə icraçısı olan Francine Bennett bildirib ki, Avropa Birliyi tərəfindən təklif edilmiş qanun layihəsi yeni mərhələdir. “Təbii ki, hətta yeni texnologiyaları yaradan şirkətlərin belə hər şeyin necə davam edəcəyini anlamadıqları bir vaxtda sürətlə inkişaf edən texnologiyaları tənzimləmək çətin məsələdir. Lakin adekvat tənzimləmə prosesinin olmadığı bir vəziyyətdə çalışmaq da bizlər üçün heç də müsbət bir hal olmazdı” - deyə Francine Bennett qeyd edib.

 

Bu mövzuya hətta texnoloji sahənin liderləri də təsir göstərməyə çalışırlar. Bir çox qanunvericinin qarşısında çıxış etmiş Sam Altman (OpenAI CEO-su) da süni zəka sahəsinin tənzimlənməsi ilə razıdır. Lakin onun fikrincə Avropa Birliyi tərəfindən təklif edilən qanunu reallaşdırmaq çox çətin olacaq. Avropa Parlamenti tərəfindən qəbul edilmiş yeni qanun layihəsinin yekun versiyası Avropa Birliyi, Avropa Komissiyası və Avropa Şurası arasında razılaşdırılacaq. Avropa Birliyi rəsmilərinin sözlərinə əsasən qanun layihəsinin yekun versiyasının bu ilin sonunda təqdim ediləcəyi planlaşdırılır.

technote.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap