AzEnRu
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Structure
    • Social organizations
    • Scientists
  • NEWS
    • All news
    • Major news
    • Activities
    • Announcements
    • Foreign relations and cooperation
    • Publishing activities
    • Interesting news
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Members of the Science Council
    • Meetings of the Science Council
    • Annual report
  • ELMMETRİYA
  • DISSERTATION COUNCIL
    • Doctoral program
    • Members of the Dissertation Council
    • Meetings of the Dissertation Council
    • Rules and guidelines
    • Author’s abstracts of theses
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Designed devices
    • Applied research
    • Patents
    • Grants
  • PUBLICATIONS
    • Transactions of ANAS
    • Textbooks and monographs
  • CONTACT
MAIN PAGE →NEWS
+A -A

AMEA-da “Elmi nəşrlərdə etik normalar” mövzusunda seminar keçirilib

20.06.2023 /

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı tərəfindən “Elmi nəşrlərdə etik normalar” mövzusunda seminar keçirilib.

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) təşkil olunan tədbiri giriş sözü ilə MEK-in baş direktoru, professor Məmməd Əliyev açaraq mövzunun aktuallığından danışıb, bütün sahələrdə olduğu kimi, akademik nəşriyyat fəaliyyətində də etik normalara əməl olunmasının vacibliyini vurğulayıb.

 

Sonra “Elm” nəşriyyatının direktoru, Avropa Elmi Redaktorlar Assosiasiyasının (EASE – The European Association of Science Editors) Azərbaycan bölməsinin sədri, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov mövzu ilə bağlı məruzəsini təqdim edib. O bildirib ki, bu il 1-3 iyun tarixlərində İstanbulda keçirilmiş EASE-nin XVII Baş Assambleyası çərçivəsində təşkil olunmuş “Keyfiyyətli elmi nəşr” konfransının əsas mövzularından biri məhz elmi nəşrlərin etikasına dair olub.

 

Elmi nəşrlərdə bəzən etik pozuntulara yol verildiyini deyən məruzəçi bunun müxtəlif səbəblərdən baş verdiyini vurğulayıb. Qeyd edib ki, müəlliflər kifayət qədər tədqiqat təcrübəsi olmadıqda, səhlənkarlığa, tədqiqat metodlarında qeyri-müəyyənliyə yol verdikdə, statistik analizləri lazımi səviyyədə aparmadıqda, istinadları düzgün şəkildə vermədikdə və s. səbəblərdən etik normaları bilməyərəkdən poza bilirlər: “Lakin elə hallar da olur ki, müəlliflər bilərəkdən bu pozuntulara yol verirlər. Məsələn, realığı əks etdirməyən tədqiqatı nəşr etdikdə, əvvəl nəşr etdiyi məqaləni yenidən dərc etdikdə, statistik nəticələrin, məlumatların saxtalaşdırılması, manipulyasiya edilməsi hallarına, plagiata yol verdikdə, başqalarının tədqiqatlarını öz adına çıxdıqda, nəşr mərhələsində əməyi olmadan kiminsə adını müəlliflər sırasına əlavə etdikdə və s.”.

 

Məruzəçi müəlliflərə, istinadlara, təşəkkürə və icazəyə dair etik yanaşmalardan danışıb, etik normaların qorunmasında müəlliflərin, redaktorların, rəyçilərin və naşirlərin öhdəliklərini izah edib.

 

Həmçinin S.Qəhrəmanov EASE, Nəşriyyat Etikası Komitəsi (COPE) və başqa beynəlxalq təşkilatların bu sahəyə dair standartlar və tövsiyələrini slayd əsasında və nümunələrlə təqdim edib.

 

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Qeyd edək ki, tədbirdə AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Lamiyə Nəcəfova da iştirak etmişdir. 

science.gov.az

Tweet
ANNOUNCE
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ABOUT THE INSTITUTE
    • General information
    • Administration
    • Social organizations
    • Structure
  • RESEARCH ACTIVITY
    • Research areas
    • Scientific results
    • Doctoral program
    • Master`s program
  • INNOVATION ACTIVITY
    • Potential applied projects
    • Applied research
    • Patents
    • Grants
  • NEWS
    • Conferences, Assemblies
    • Major news
  • USEFUL
    • Announcements
    • New publications
    • Links
Copyright © 2010-2025 Institute of Control Systems
Sitemap